Sürünən təhlükənin zəhərindən necə qorunmalı? - MÜTƏXƏSSİS RƏYİ

  Baxış 1,858

APA TV

APA TV

10 gün əvvəl

Havaların isinməsi ilə ilan sancmalarının da sayı artmağa başlayıb. Təkcə aprel ayından bu günə qədər 7 nəfəri ilan sancıb.
APA TV-nin xəbərinə görə, hazırda toksikologiya şöbəsində ilan vuran xəstələrdən ikisi uşaqdır. Gürzə ilanı uşaqlardan birinin sağ, digərinin isə sol yuxarı ətrafından sancıb.
Hadisədən sonra onlar dərhal təcili tibbi yardımla xəstəxanaya çatdırılıblar. Müayinədən sonra uşaqlara zərdab vurulub. Hazırda onların vəziyyəti orta ağırdır. Həkim nəzarətində olan uşaqlardan birinin yaxın günlərdə evə buraxılacağı gözlənilir.
Bəs ilan sancması zamanı ilkin tibbi yardım necə göstərilməlidir? Ümumiyyətlə, zəhərin daha çox yayılmaması üçün insanlar hansı tədbirləri görməlidirlər?
Baş toksikoloq Azər Maqsudov deyir ki, ilkin tibbi yardım ondan ibarətdir ki, dişlənmiş ya yuxarı, ya da aşağı ətraf hərəkətsiz vəziyyətə gətirilməlidir: “Çünki hərəkət olduqda, zəhər daha tez paylanır. Yod məhlulu ilə dişlənmiş yara işlənməlidir. Buz olsa, buz da qoymaq olar. Biz mütəxəssislər turne ilə bağlamağı məsləhət görmürük. Ancaq qısa müddətli, 40 dəqiqəlik onu çox sıxmamaq şərti ilə turneni yaranın üstünə qoymaq olar. Hardan ki, ilan dişləyib, ordan 10-15 sm yuxarı bağlamaq lazımdır. Mütləq qeyd etmək lazımdır ki, turne nə vaxt bağlanıb”.
Vətəndaşlar necə, ilan vurma zamanı ilkin tibbi yardımı necə göstərəcəklərini bilirlərmi?
- İlk növbədə ayağından, vurduğu yerdən yuxarı mayka ilə, paltarla sıxıb bağlayaram.
- İlkin yardım mən onu bilirəm ki, ilan hardan vurursa, ordan da sıxıb bağlamalısan. Nə ilə bacarırsan, yaxında nə varsa - rezinlə, kəmərlə sıxıb bağlamalısan ki, qan yuxarı getməsin.
- Onu buzla həll edirlər. Qan axmaması üçün yaranı bağlayırsan, sonra aparırsan tibbi yardıma.
- İplə bağlamaq, soyuq sudan istifadə etmək lazımdır.
İlan sancan vətəndaşların yaxınları, adətən, zərdab çatışmazlığından şikayət edirlər. Ötən illərin təcrübəsi belə deməyə əsas verir. Baş toksikoloq Azər Maqsudov isə narahatlığa əsas görmür: “Zərdab artıqlaması ilə var. Həm Bakı şəhər xəstəxanalarına, həm də Mərkəzi Rayon xəstəxanalarına zərdab paylanılıb. Lakin kəndlərdəki balaca məntəqələr var ki, onlar mütləq mərkəzi rayon xəstəxanalarında və ya rayon Səhiyyə Şöbəsinin qarşısında bu məsələni qaldırmalıdırlar ki, onlara da zərdab paylanılsın”.
Baş toksikoloq xüsusilə kənd təsərrüfatı işləri ilə məşğul olan vətəndaşların əlcək və digər qoruyucu vasitələrdən istifadə etməsini tövsiyə edib.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Sürünən təhlükənin zəhərindən necə qorunmalı? - MÜTƏXƏSSİS RƏYİ
Video Link: azshow.info/watch/-3MBI4M_clA/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Sarxanov Eminaga
Sarxanov Eminaga 9 gün əvvəl
Zerdab olmazsa, gedun Zerdaba😁
Komedixana 31-ci Bölüm      16.05.2020
55:00
Şirvanda narkotacir yaxalandı
01:29
Xəzər Xəbər
Baxış 2,8K
SEYYAH Şirvanda 1
1:04:29
Ulu Seyyah
Baxış 1,7K
Ali Pormehr - Oğlum (Yeni 2020)
3:41
Ali Pormehr
Baxış 680K
KƏLLƏ-KƏLLƏYƏ (II SEASON): Paster VS. Tibu (18+)
1:0:23
PASTER - GƏZİRƏM
4:14
Synaps Production
Baxış 363K