Kənd Təsərrüfatı naziri sürülərin yaylaqlara köç prosesini izlədi

  Baxış 4,268

APA TV

APA TV

10 gün əvvəl

Azərbaycanda qoyun sürülərinin qışlaqlardan yaylaqlara köç prosesinə start verilib. Aran bölgələrində yerləşən qışlaqlardan sürülərin dağlıq ərazilərdə yerləşən yaylaqlara köçü mayın sonuna kimi davam edəcək.
APA TV xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar qışlaqlarındakı təsərrüfatlardan olan sürülərin Lerik yaylaqlarına köç prosesini izləyib. Sürülər Masallı-Yardımlı yolu ilə Təkdam-Pirəsora-Orand istiqamətində yaylaqlara qalxırlar. Gün ərzində bu istiqamətdə təxminən 5 mindən artıq xırdabuynuzlu heyvanın köçü təşkil edilir.
Nazir İnam Kərimov köç prosesinin təşkili prosesi ilə tanış olub, sürüləri yaylağa qaldıran çobanlarla söhbət edib, onların qayğıları ilə maraqlanıb. Heyvandarlığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, yem tədarükü ilə bağlı fikirlərini bölüşən nazir bildirib ki, Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamət kimi elan edilib: “Cənab Prezidentin tapşırığı ilə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ölkədə heyvandarlığın inkişafına dair Dövlət Proqramı hazırlanıb. Proqramın əsas məqsədi ölkədə yeni təsərrüfatçılıq modellərini tətbiq etməklə heyvanların cins tərkibini yaxşılaşdırmaq, məhsuldarlığı artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində heyvan məşəli məhsulların istehsal həcmi artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın artması fermerlərin gəlirlərinin artmasına, onların maddi rifah halının yaxşılaşmasına şərait yaradacaq”.
Köç prosesinə hazırlıqdan danışan fermerlər bildiriblər ki, yaylaqlarda bəslənmə, xüsusilə davarların qidaya olan tələbatlarının ödənilməsi iqtisadi baxımdan olduqca səmərəlidir. Xırdabuynuzlu heyvanların yetişdirilməsi ilə məşğul olan təsərrüfatların sahibləri qeyd ediblər ki, yaylaqda heyvanların otarılması yemə olan tələbatın tam ödənilməsinə imkan verir. Eyni zamanda, təsərrüfatın istehsal xərcinin azalmasına səbəb olur və ölkədə heyvandarlığın inkişafına müsbət təsir edir.
Qeyd edək ki, Lerik yaylaqlarında əsasən, Pirəsora qoyun cinsindən olan sürülər saxlanılır. “Pirəsora” qoyunları xalq seleksiyası nəticəsində çarpazlaşdırma yolu ilə yetişdirilib, yüksək yun, ət, yağ, balavermə qabiliyyətinə malikdir. Lerik zonasında geniş yayılmış bu qoyun cinsi Pirəsora kəndinin şərəfinə “Pirəsora” qoyunu adlandırılıb. Törədici qoçların diri çəkisi 60-75 kiloqram, ana qoyunların çəkisi 35-40 kiloqram olur, toğluların çəkisi isə 30 kiloqrama çatır.
Daha sonra nazir Lerik rayonu ərazisindəki yaylaqlarda saxlanılan heyvan təsərrüfatlarına baş çəkib, təsərrüfat sahiblərinin yaylaqda keçirdikləri həyat tərzi, heyvanların saxlanılma şəraiti ilə tanış olub.
Qeyd edək ki, sürülərin yaylaqda bəslənilməsi prosesi oktyabr ayının əvvəllərinə qədər davam edir.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Kənd Təsərrüfatı naziri sürülərin yaylaqlara köç prosesini izlədi
Video Link: azshow.info/watch/89SQhtFatDI/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Соломон Аврамов
Соломон Аврамов 5 gün əvvəl
Главный баран среди баранов
Menem Menem
Menem Menem 10 gün əvvəl
Olmasa onu da əlimizdən alın soğan əkirik soğan əkirlər sarımsaq əkirik sarımsaq əkirlər bunları edən kimlər müğənnilərə və məmurlar
Hikmet Tağıyev
Hikmet Tağıyev 10 gün əvvəl
Bizde heyvan saxliyiriq qis otlaq orucumuzu Goygol rayonun icra başcısı Arif Seyidov başqa bir adama pulla satdi. Bizim 10 000 manat pulmuz olmadiqi üçün.
Edalet Kazimov
Edalet Kazimov 10 gün əvvəl
Boyuk sey oldu
Roger Alex
Roger Alex 10 gün əvvəl
APA və SAHİBLƏRİ, QOYUN ÖZÜNÜZSÜNÜZ!!! Şuşada Paşiniyanın innaqurasiyasına hərbi müdaxilə etməməyinizlə, ölkədə bu haqda heç kimin 1 kəlimə belə danışmağına icazə verməməyinizlə yoxsa xalqa qoyun dediyinizi görən olmadığını düşünürsünüzmü? Narahat olmayın, erməni olduğunuz üçün bu düşmənçiliyinizə görə Azərbaycan xalqı tərəfindən sizin də qoyun sürüsü kimi yola salınıb, qoyun kimi sallaqxanada şaqqalanmağınıza az qalıb!!!
bölgə 04
bölgə 04 10 gün əvvəl
başarana baş qurban ...
Николай Иванов
Николай Иванов 10 gün əvvəl
Özününkudur 'de MENIM deyilki
Sehriyar Isayev
Sehriyar Isayev 10 gün əvvəl
Halal olsun bu insana 👍👏
JONY - Ты беспощадна
4:04
Aydın Sani - De bilim
3:14
Aydın Sani
Baxış 105K
Qishlaqdan yaylaga dogru
01:37
ARB Sheki
Baxış 59K
Bizim ellər - Tərəkəmələr   21.05.2019
25:49
Köç yaylağa yola düşür
02:07
ARB Aran
Baxış 99K
Hurvivor (46.Bölüm) - Çok Güzel Hareketler 2
18:31
Çok Güzel Hareketler
Baxış 10M
Röya - Gic Kimi (Audio Video)
2:49
Röya Official
Baxış 452K
Şuşa 28 Yıldır İşgal Altında
5:44