Piyadavurmaların sayı azalacaq - BAKIDA YENİ İŞIQFORLAR QURAŞDIRILIR

  Baxış 641

APA TV

APA TV

12 gün əvvəl

Bakıda işıqforların üzərinə piyada bölmələri əlavə edilir.
APA TV-nin məlumatına görə, artıq paytaxtın bir sıra küçə və prospektlərində, vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində yeni işıqfor qurğularının quraşdırılmasına başlanılıb.
Mövcud işıqforların yanına yerləşdirilən iki hissəli yeni nəsil svetofor qurğuları piyadaların hərəkətini nizamlayacaq. Məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır.
Piyadalar üçün yaradılan bölmələrdən vətəndaşlar da razıdır:
- “Yaxşı addımdır. Daha piyadaları maşın vurmaz. Camaat öz qaydası ilə yolu keçər”.
- “Bu işıqforlar biz insanların qeydinə qalmaq üçün qoyulub və biz də yolu keçəndə işıqfora diqqət edib keçməliyik ki, hər hansı bir qəza şəraiti yaranmasın”.
- “Yaxşıdır. İşıqfor qabaqcadan xəbərdarlıq edir ki, fikirli olan adamlar görsünlər. Çox gözəl və müasir bir texnologiyadır. Şəxsən mən bəyəndim”.
- “Bu işıqforlar cavanlar üçün yaxşıdır. Onlar yolu keçəndə işıqfora baxsınlar”.
- “Onsuz da qaydalara əməl edən edəcək, etməyən də etməyəcək. Gecikən insan onsuz da piyada keçidi olmadan da yolu keçəcək”.
- “Hər yerdə işıqfor olsun. Piyadalar da rahat hərəkət edə bilsin. Müasir işıqforların qoyulması biz piyadaların təhlükəsizliyi baxımından yaxşıdır”.
Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyir ki, gələcəkdə sözügedən işıqfor qurğularının paytaxtın digər küçə və prospektlərində quraşdırılması da nəzərdə tutulub: “Vətəndaşlarda xüsusi narahatlıq doğuran nizamlanan yol kəsişmələrində mövcud işıqfor obyektlərinin üzərində piyada seksiyalarının quraşdırılmasına başlanılıb. Məqsəd piyada təhlükəsizliyinin maksimum həddə çatdırılması və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Aparılan təhlillərlə müəyyən olunan digər yol kəsişmələrində də analoji addımlar atılacaq”
Qeyd edək ki, piyadalar üçün nəzərdə tutulmuş işıqforlar indiyə kimi paytaxtın 28 May küçəsinin Kövkəb Səfərəliyeva, Aleksandr Puşkin və Rixard Zorge küçələri ilə, Nizami küçəsinin isə Kövkəb Səfərəliyeva və Aleksandr Puşkin küçələri ilə kəsişmələrində quraşdırılıb.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Piyadavurmaların sayı azalacaq - BAKIDA YENİ İŞIQFORLAR QURAŞDIRILIR
Video Link: azshow.info/watch/B-OvjENPdi0/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
PAYTAXTDA TIXACLAR ARADAN QALDIRILIR
02:09
CBC TV Xəbərlər
Baxış 287
Avtobuslar necə dezinfeksiya edilir?
05:48
Baki Neqliyyat Agentliyi
Baxış 54
Uzeyir Mehdizade - Getdi O Gunler ( Yeni 2020 ) Video Cover
3:43
Paster x OGB - Gördün, ə?! (RECYPHER)
2:01
Synaps Production
Baxış 632K
Qonur ayi Shekini terk etdi
02:59
ARB Sheki
Baxış 42K
Kommunikasiya xətləri yenilənib
02:01
Kuruluş Osman 22. Bölüm
2:13:53
JONY - Ты беспощадна
4:04
Elcin Meherremov - Mensiz (Yeni 2020)
3:36
"Buğlama" #61 (09.05.2020)
50:51
İlk Media
Baxış 368K
Bir atanın kürdəmir sevgisi :D VİNE
0:44
Huseyn Azizoglu Offical
Baxış 125K