Baxış 281,738
Vasif Əzimov və Həmidə Hüseynovanın yeni mahnısı "Bağışlayarsan" AZshow'da yayımda.
Vasif Azimov kanalına abunə olmaq üçün bu linkə daxil olun: wedia.link/VasifAzimovOfficial
Söz/mus: Vasif Əzimov
Aranjiman: Nazim Məmmədli
Rejissor: İlkin Əzimov
Fotoqraf: Xəzər Məmmədov
Pr Menecer: Firdovsi Rəsul (0705608222)
Sözləri
Men özümü bağışlaya bilmirəm
Bir gün özün gəlib bağışlayarsan
Ömür lövhəmizdə bütün keçmişi
Göz yaşınla silib bağışlayarsan
Bend
Gəl nə olar gəl bu aşiqi dinlə
Dəli olacaq yoxsa məhəbbətinlə
Sanki Cəza verirsən həsrətinlə
Bəlkə bilsən ölüb bağışlayarsan
Sən ki çıxıb getdin uzun zamandı
Bir təsəlli gözlərimdə dayandı
Axı böyük Allah da bağışlayandı
Səndə bunu bilib bağışlayarsan
Bilsən əgər sən mənə sənsizliyin
Nə dərd bəla verib bağışlayarsan
Bu illər ərzində nə çəkmişəm mən
Öz gözünlə görüb bağışlayarsan
Axır bu eşqin məni etdi xəstə
Çəkirəm adını son dəfə son nəfəsdə
Elə bir gün gələr məzarım üstə
Mənə bir gül dərib bağışlayarsan
Təkəm tənhayam bu böyük şəhərdə
Sənin kimi vəfasız gecələrdə
Bilsən əgər sənli xatirələr də
Məndən üz çevirib bağışlayarsan
Namə yazmışam sənə göz yaşlarım
Ağ vərəqə sızıb bağışlayarsan
Sənə yazılan məktubun cavabında
Bağışladım yazıb bağışlayarsan
Qocalqtdı həsrət məni gündən günə
Yol tapa bilmədim sənin qəlbinə
Görsən aşiqin əli çatmır sənə
Bu yollarda azıb bağışlayarsan
Yuxuda görmüşəm qayıdıb gəlirsən
Şirin təbəssümlə üzümə gülürsən
Amma doğrusun yenə sən bilirsən
Yuxunu özün yozub bağışlayarsan
➤Instagram’dan izləmək üçün;
wedia.link/vasifazimov
Kanalda bütün müəllif hüquqları qorunur. Hörmətlə: "WediaCorp Azərbaycan" © Video'nun başqa youtube kanallarinda yayımlanması qadağandır !!!