Xırdalana gedən yol bağlanıb: "Hər gün 30 kilometr əlavə məsafə sürürəm"

  Baxış 163,516

Meydan TV

Meydan TV

2 ay əvvəl

Abşeron Gənclər Şəhərciyinin sakinləri istifadə etdikləri magistral yolun uzanmasından narazıdır. Bakı-Sumqayıt yolu üzərindəki “VAZ-ın dairə"si iki həftəyə yaxındır bağlanıb. Bu dairədən istifadə edənlər artıq yollarını 2.5 kilometr irəlidəki döngədən salmalıdırlar.
“Görürəm ki, uşaqlar uşağı məktəbə aparanda gecikirlər. Qayıdıb gələndə çətinlik çəkirlər. Özümüz şəhərə, xəstəxanaya gedəndə də çox çətinlik çəkirik. Bu haqq sözüdür. Haqqımızı tələb etməliyik. Heç kimdən şikayət etmirik. Yol olmalıdır, gedib gəlməliyik. İndi buradan asan gedə bilərik, mümkündür. Deyilənə görə, sayılıb-seçilən, vəzifəli adamlar var. Onların yolu rahat olsun deyə bunu belə ediblər”.
“Biz əvvəl yolun digər tərəfinə keçmək üçün “VAZ-ın dairəsi” deyilən yerdən dönüb gəlirdik. İndi isə biz sadəcə yolun bu hissəsindən digər hissəsinə keçmək üçün 8-9 kilometr yolu fırlanıb gəlirik. Məsələn, kimsə yoldan keçirsə, bu yolu gedib-gələcək. Burada yaşayan insanlar isə hər gün bu yolu qət etməlidirlər. İstər maşını olanlar, istərsə də olmayanlar. Taksi əvvəl 3-4 manata gəlirdisə, indi yolun uzanmasına görə baha gəlir”.
“Biz sakinlər fikirləşirik ki, bunun heç bir əhəmiyyəti yoxdur. Sadəcə yol uzadıblar. Həmin sakinlər bu dairədən yox, gedib 5 kilometr qabaqdan qayıdıb gəlirlər. Bunun nə əhəmiyyəti var ki? Sumqayıt tərəfdən gələnlər üçün də “qadağandır” işarəsi qoyublar. Sumqayıtdan gələndə dairəyə çıxıb dönməlisən Xırdalana tərəf. Yəni, hamının işini çətinləşdiriblər”.
Şəhərcik sakinləri şikayətlərini yerində - qapadılan dairədə səsləndirmək istəsə də, polis yol kənarında toplantıya icazə verməyib.
“İstəyirdik yerində izah edək ki, bizim problemimiz nədən ibarətdir. Hər gün 30 kilometr əlavə məsafə sürürəm. Gündə 4 dəfə istifadə edirəm mən o yoldan. Siz dediniz, biz dediklər deyil axı. Hamı deyir, nəticə yoxdur. Göstərək ki, bizim məsələmiz budur da. Burada nə var ki? Biz burada iğtişaş etmirik, çevriliş etmirik. Öz sözümüzü deyirik, hüququmuzu tələb edirik. Gündə 30 kilometr əlavə yol sürürəm. Kimsə gətirib mənim cibimə 2 manat qoyub verir ki, əlavə yol sürmüsən, bu da sənin benzin pulun. Hər gün tıxac, hər gün əsəb. Səhər 06:30 -da evdən çıxıram, 08:00 -da uşağı məktəbə çatdırıram. Hər gün saat yarım uşaq aparmaq nə deməkdir?!”
Yeni yol qaydasına görə 199 saylı sərnişin avtobusunun marşrutu da uzanıb.
“6 dəqiqə dayanıb dincəlmək vaxtımı buradan əlimdən alır. 3-4 dəqiqə o yana, 3-4 dəqiqə bu yana. Halbuki, 6-7 dəqiqədə mən dincələrdim, beynim sakitləşərdi, yaxud bir çay içərdim. Nə mənə xeyri var, nə maşına. Əlavə işdir, işləyirik. Gedirik o başa, gəlirik bu başa”-199 saylı avtobusun sürücüsü Mübariz Qurbanov deyir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sözçüsü Anar Nəcəfli mediaya açıqlamasında bildirib ki, həmin ərazidə tıxacların aradan qaldırılması üçün Baş Dövlət Yol Polisi ilə birgə layihə hazırlanıb. Buna səbəb günün pik saatları ilə bağlı daxil olan müraciətlər olub. Nəcəflinin sözlərinə görə, layihə hələ yekunlaşmayıb, ərazidə əlavə yol hissəsi də salınacaq.
“Ümumilikdə, bəli, bu yolda tıxaca xeyri olur, amma Masazır dairəsində həddindən artıq tıxac yaranıb. Bunun əvəzinə orada yaranıb”- avtobus sürücüsü əlavə edir.
Xırdalan şəhərinə Bakı-Sumqayıt yolundan 3 giriş-çıxış var. Hazırda 3 yoldan biri qapadıldığından bütün giriş-çıxış yükü digər iki yola - Xırdalan dairəsindən və Masazır dairəsindən olan istiqamətlərə qalıb. Sürücülər deyir ki, bu vəziyyət həmin dairələrdə tıxacın artmasına gətirib çıxarıb.
“Yuxarıda bağlanan yol hazırda açılmalıdır. Ona görə də belə tıxaclar yaranıb”- Masazır dairəsində tıxacda qalan sürücü danışır.
“Buradan belə görünür ki, camaatı nəzərə almayıblar. Bu dəqiqə çətin vaxtda, çətin dövrdə insanlar üçün şərait qurmalıdırlar ki, az xərcləri çıxsın. Bizi daha da xərcə salırlar. Həm vaxtımız gedir, həm də insanın əsəbləri pozulur. Mən nəyə görə bu boyda yol fırlanmalıyam ki?!”
Abşeron Gənclər Şəhərciyinin sakinləri dövlət qurumlarından geriyə addım tələb edirlər. İndiki halda onlar əlavə vaxt və pul itirmələrindən gileylidirlər.

Şərh: 449
Vuqar İsrafilov
Vuqar İsrafilov Ay əvvəl
NƏCƏFLİ YƏQİN Kİ HALI OLUB BU İŞİ GÖRƏNDƏ SAVADSIZ ADAMLAR İŞ GÖRƏNDƏ BELƏ OLUR
Slava Gold
Slava Gold Ay əvvəl
Xəzər tvdə yaxşı veriliş aparmagı var idi onun. Emosional)
Haciyev Huseyn
Haciyev Huseyn Ay əvvəl
ay seni çox yaşa hamısı savadsızlıqdan ireli gelir fikir verirsiz son zamanlar ele yerlerde yol nişanı.işıqfor nebilim ele deyişiklikler edirlerki baxırsan menasız bir şeydi neçeki qohumbazlıq olacaq bizde bele eziyetler çekeceyik
Serxan Orucov
Serxan Orucov Ay əvvəl
Bu millətə qəsddən əzab zülm verənlərə allah lənət eləsin
Chipolino X
Chipolino X Ay əvvəl
Görünən budur ki, Millətin puluna görülən işlər onların cinindən artıq 0,5-0,10 qəpik oğurlamaq və əziyyət verməkdən başqa bir şey deyil ! Buna anlamaq böyük bir savad tələb etmir) Daha bir analoqu olmayan yol , təbrik edirik!
Ismayil Abdullayev
Ismayil Abdullayev Ay əvvəl
Belə bir təsurat var ki,bu yolu çəkənlərin 🎃uşaqlıqda heç velosipedidə olmayıb!
Free fire Kamran Ş
Free fire Kamran Ş Ay əvvəl
Abşeron Olimpiya Mərkəzinin yanınınada dayanacaq qoymaq lazımdır.Ora gələn uşaqlar çox əziyyət çəkirlər.Çoxlarıda xəsdə uşaqlardı.Əvəllər 10 dəqiqəyə getdiyimiz yolu indi bir saata gedirik. Avtobuslar yenədə Olimpiyanın yanında saxlasınlar. Gedib Qafqazın yaninda düşüb geri qayıdırıq. Bunun istisi,yağışı,küləyi var.Heç görəsən bunu düşünüblər.Əvəlkii dayanacağı bərpa etmək lazımdır
Free fire Kamran Ş
Free fire Kamran Ş Ay əvvəl
@Ergenekon elə hər avtobusa minəndə deyirəm.nə fayda.çak-çak başın ağrıdır dəyirmanda bildiyini eliyir
Ergenekon
Ergenekon Ay əvvəl
Yazmısız harasa?
Ceyhun Memmedov
Ceyhun Memmedov Ay əvvəl
Düzdü dayanacaq yoxdu əlavə 199 dan əlavə marşurut xətti açılmalıdır sakin çoxdu
MR BR
MR BR Ay əvvəl
Üzr isteyirem siz gijdıllaxsız?. Bu yolu salanlar kayfdadı yeqin. Çünki bele baxanda babat gijdıllaxlar var.
Perviz Cerullayev
Perviz Cerullayev Ay əvvəl
Ona yox, Xirdalan, Baki istiqametindeki biyabirciliga usyan edilmelidir... Berbad veziyyetdir
Leyli Eliyeva
Leyli Eliyeva Ay əvvəl
BU polis HƏLƏ "XALQ" SÖZÜ İLƏ "KÜTLƏ" SÖZÜNÜN FƏRQİNİ bilmir. GÜNÜMÜZƏ BAX!
Free fire Kamran Ş
Free fire Kamran Ş Ay əvvəl
Moşu demişkən "xoşbaxtlığ,xoşbaxtlığ"😂
REAL MADRID
REAL MADRID Ay əvvəl
Tupoydurda ona görə, birdə ki qarşısında ki insanlara yuxarıdan aşağıya elə baxır ki, san ki bəyənmir milləti xalqı! Deyir bir nəfər getsin göstərsin gəlsin, qardaş yaxşı dedi ki dövlət çevrilişi inqilab eləmirik haqqımızı hüququmuzu tələb eləyirik!
Muhammed Hesenov
Muhammed Hesenov Ay əvvəl
Bu ölkədə elə bil vətəndaşın qəstinə durublar. Avtobusla gedənlərə bir əziyyət verirlər. Metroynan gedənlərə bir əziyyət verirlər. Öz aftomabili olanlara bir əziyyət.
Mirze Haciyev
Mirze Haciyev Ay əvvəl
@Mahire Eliyeva TER TEMIZ DEYIRSIZ CAN
Mirze Haciyev
Mirze Haciyev Ay əvvəl
@Mahire Eliyeva DUZ DEYIRSEN CAN
Tuncay Kerimli
Tuncay Kerimli Ay əvvəl
@Mahire Eliyeva O DEDIYINIZ QUVVE KI VAR O NESILI KOKU ERMENIDENDIR DONUB GUYA AZERBATCANLI OLUB.BAX ODUR BU MILLETIN QESDINE DURAN.
Muhammed Hesenov
Muhammed Hesenov Ay əvvəl
@Mahire Eliyeva Sağ əli mənim başıma )))) bilirsiniz Xanım ailədə 2 valideyindən biri yerində olmayanda balalar böyüməyinə böyüyürlər amma əziyyət çəkərək. Yamənəvi ya maddi yada ki, fiziki. İllərdir bu ölkənin vətəndaşları yiyəsiz sahibsiz böyüyürlər. Ölkə başcısı yerində deyil deyə ölkə xaos icindədir. Özbaşınalıq hökm sürür haq ədalət təmin olunmur. İfadəmə görə məni bağışlayın meşədəki heyvanlar kimi yaşayırıq. Kimin gücü kimə catır onuda basır yeyir
Mahire Eliyeva
Mahire Eliyeva Ay əvvəl
Bax əsil məsələ budur mən həmişə deyirəm bu ölkədə elə bilki hansı qüvvələr varki ancaq insanların qəsdinə durublar ancaq bu xalq əziyyət çəksin zülüm çəksin elə bilki hər şeyi tam əksinə edirlər .məsələ bundadır ki bunları görən yox cəzalandıran yox .mən elə bilirəm ki bu işlərlə məşğul olanların hamısının məqsədi birdir və başlarıda elə o qədər işləyir və mənim oğlum deyir ki mən bu ölkədə bu qədər əsəb və stress içində yaşamaq istəmirəm və çıxıb getdi Amerikaya.
МУРАД
МУРАД Ay əvvəl
EN YAXŞISI YOL TIKILMEMIŞDEN EVVEL O YOLLARDAN ISTIFADE EDENLERIN , O YOLLARDA TIXACLARDA PUL+VAXT (benzin,amarzasiya) ITIRENLERIN TEKLIF MESLEHETLERINEDE ÖNEM VERILSIN
Saat Temiri
Saat Temiri Ay əvvəl
Yol bagliyanin Allah yollarin baglasin
Tuncay Kerimli
Tuncay Kerimli Ay əvvəl
AMIN.ALLAH BELASINI VERSIN.HER KIM KI BU LAYIHENI ICRA EDIB
Гасансу Н
Гасансу Н Ay əvvəl
Amin inwwallah
Sebine Memmedova
Sebine Memmedova Ay əvvəl
Aminnnnnnnm INWALLAH
Eli Quluzade
Eli Quluzade Ay əvvəl
Amin
Perviz Cerullayev
Perviz Cerullayev Ay əvvəl
Masazir ne ozu, ne de yolu var. Her yer berbaddir Masazirda
emiı Quliyev
emiı Quliyev Ay əvvəl
Muharibə vaxtxi o Polislər hardaydi gorəsən maraqlidi..
Xeqani Eliyev
Xeqani Eliyev Ay əvvəl
Xidmetlerini edirdiler cox menasiz sual vermisiz aidiyati yoxdi buna
Murad Alcanov
Murad Alcanov Ay əvvəl
Muharibenin ne elaqsi varki? Ele bil hami gedib muharibeye ama polis yox 🤣
mmmmmm.
mmmmmm. Ay əvvəl
Polislerin coxu kurd pkkaci terroristlerdir
POLİS SÖYENLERİ AĞLADAN
POLİS SÖYENLERİ AĞLADAN Ay əvvəl
Muharibenin ne elaqe
Adil Huseynov
Adil Huseynov Ay əvvəl
Şeherde xidmedeydiler
Freedom for Humanity
Freedom for Humanity Ay əvvəl
Yiyəsiz ölkədi belədə olmalıdır
Nigar Quliyeva
Nigar Quliyeva Ay əvvəl
İNSANLARI ADAM YERİMƏ QOYMURLAR....
avtomusic
avtomusic Ay əvvəl
Dovlet vezifesinde Tv aparicisi olan olkede hersey anormal olarda kul bu milletin basina dozur
Hilal Baxseliyev
Hilal Baxseliyev Ay əvvəl
yeralti avtomobil kecidi duzeltmelidirler. Butun duyada beledir., avtobamlarda her yasayis menteqesinden sonra geri donmek ucun avtobamin altindan yeralti geri donmek ucun yol cekirler. bizde ise baglayib, sonra fikirlesirler. Anar Necefli layihe hazirlayir.
Azer Ibrahimov
Azer Ibrahimov Ay əvvəl
Allah köməyiniz olsun 🤲
ABU BAKR SIDDİK UMAR USMAN ALI AZERBAIJAN EVLAX
ABU BAKR SIDDİK UMAR USMAN ALI AZERBAIJAN EVLAX Ay əvvəl
Salam aleykum rəhmətullahi VƏ BƏRƏKATUH
AZƏRBAYCANİM
AZƏRBAYCANİM Ay əvvəl
BUNDAN ÖTƏRİ NÜMAİŞ OLUR? DEMƏKKİ BİR PROBLEMİMİZ BU İMİŞ!
QRUZ-200
QRUZ-200 Ay əvvəl
Polislerde at kimidi maasallah.buraxsan tapdalayarlar hamini
parodi şarkılar
parodi şarkılar Ay əvvəl
Niyə bu insanlara bu qədər əziyyət verirlər ? Allah islah eləsin. Vəzifə başında oturanları. Əminn
Emil Axundov
Emil Axundov Ay əvvəl
Həqiqətən də bəzən hansısa yaramazın üzündən xeylaq insan problemlə üzləşir. Bunların da etiarz etmələri, əsl vətəndaş mövqeyidir. Belə olmasa aidiyyatı qurumlar insanları narahat edən problemlrədən xəbərsiz olarlar. Bu müraciətdən sonra ümid edək ki, problem tezliklə aradan qaldırılacaqdır.
Emil Talibov
Emil Talibov Ay əvvəl
Yol acilmalidir mutleq
Cavidan Asiman qardaşları Xankişiyev
Cavidan Asiman qardaşları Xankişiyev Ay əvvəl
Çox çətinlik çəkirik.
Murik Maxs
Murik Maxs Ay əvvəl
Nəyə əsasən yolu elə uzadıblar😡😡😡😡 kimin kefi nə istiyir onu edəcək bu ölkədə????!!!!
RAMİK BABAYEV
RAMİK BABAYEV Ay əvvəl
ALLAH vurub belə şəhəri.köcün kədlərə.
Necef Qasimov
Necef Qasimov Ay əvvəl
Kende is guc yox qardas
KinoMan
KinoMan Ay əvvəl
kəndlər bosdur
KinoMan
KinoMan Ay əvvəl
👍
Elsever Mirzeyev
Elsever Mirzeyev Ay əvvəl
Acinda yollari ancaq baglamaqdi
𝗙.𝗨.𝗔.𝗥.𝗞
𝗙.𝗨.𝗔.𝗥.𝗞 Ay əvvəl
Bura Yazdın düzəldi
Ibad Ibadov
Ibad Ibadov Ay əvvəl
Baki bezrazmer sheher deyil, herkes oz memleketinde yashasa yaxshi olar.
GH GH
GH GH Ay əvvəl
Proyekti verenin nesli kef eliyir indi
Namiq Sadiqov
Namiq Sadiqov Ay əvvəl
Hörmətli Meydan tv sujet hazırlayanda bu polisləri cəkməyin adam bunlara baxanda əsəbləri xarab olur
suleyman qasimov
suleyman qasimov Ay əvvəl
BİZ BU ƏZİYYƏTLƏRİ ONA GÖRƏ ÇƏKİRİK Kİ LAZIMSIZ İNSANLAR LAZIMLI YERLƏRDƏ OTURUBLAR. İŞ BİLMƏZ SAVADSIZ İNSANLAR
Qənbərov Vuqar
Qənbərov Vuqar Ay əvvəl
azərbaycan xalqi dözümlüdü
Babayev Vicay
Babayev Vicay Ay əvvəl
Bunu korpunu kecib yeniden korpuye qalxmakcun duzelde bilerdiler.Ama nedense bunu vecderine alan yoxdu.Yazik millet heqiqeten
Elnur Abdullayev
Elnur Abdullayev Ay əvvəl
Men bele baxiramki siz haminiz Bakidan cixsaz daha yaxshi olardi, here oz kendinde oz rayonunda yashasa daha ela olardi, hemde Baki boshalardi
Anar Dadaşov
Anar Dadaşov Ay əvvəl
Sən kimsən ki nə işə baxırsan??? De görək
Problem Siz
Problem Siz Ay əvvəl
@Safiya Safiya problemində qaynağı bu məntiqdir "məni qane edəcək iş" siz hələ savadlı, oxunmuşsuz, torpağla işləyən, ticarətlə maşquı olan, peşəsi olan (qaynağçı, çılınğər, dulusçu və) onlarda sizin bəhanənizi edib üz tutur mərkəzi şəhərlərə, Gəncə, Sumqayıt, Bakı. Hamı müəllim, həkim, hüquqşunas və s peşə sahibi ola bilməz, ölkənin inkişafı üçün fəhləsidə, təsərrüfatçısıda, dulusçusuda olmalıdır.
THE KING
THE KING Ay əvvəl
@Problem Siz olke idare etmesi nepotizmle) idare olunur. Bu duzelmiyecey sistem pozub insannarin beynini .kimese neyise basha salmag istiyende deyir ki dovletden cox bilmiyeciyikki)dovlet insannari istediyi kimi idare eliyir . Bu deyiwende deyil , insannarin problemi odurki satginlig, material yawayisha baglanmalaridi . Kutle ozu duzelmese nece sistem olur olsun xeyri yoxdu.
suleyman qasimov
suleyman qasimov Ay əvvəl
Sən nəyi gözləyirsən bəs?
Safiya Safiya
Safiya Safiya Ay əvvəl
@Problem Siz rayonda məni qane edəcək iş olsa razilasardim.rayonda is yoxdu
Vugar Camalov
Vugar Camalov Ay əvvəl
Yol naziri qelet eleyir tixaca gore orda txac olmur duz yoldur deyik ki bezin az satilir ona gorede edirik ki yol uzansin beziniviz satilsin allah sizin belanizi versin geci tezi verecek darixmayin xirdalan yolu pis gundedir men saat 05:10dururam ki propqata dusmeyim bu ne biyabirciliqdir seher propqa axsam propqa bele sey olar memurlar geden de yollari acirlar niye qoy onlarda dussun bizim kimi propqaya gorsunler nece olur propqa besdirirn milleti bezdirdiz esebiyle oynadiz
Elmira Eliyeva
Elmira Eliyeva Ay əvvəl
Yolu qapandanin yolu bağlansin Amin
Yusif Kazımzadə
Yusif Kazımzadə Ay əvvəl
Çox xahiş edirəm açın yolu.Usaqlarim Xirdalandan Saraya məktəbə gedirlər.Catmirlar vaxtinda
Allahverdi
Allahverdi Ay əvvəl
Gardas biz sozumuzu demey uçun cooox gecikmişik
Yusif Allahın kulu
Yusif Allahın kulu Ay əvvəl
Ay millət bu nə deməkdi nəyə görə vətəndaşların xeyrinə iş görən yoxdur? Bütün görülən işlər millətin ziyanına hesablanır.
Maral Mammedova
Maral Mammedova Ay əvvəl
Biyabirciliqdi vallah milləti fikirləşən yoxdu
Kamale Abbaszade
Kamale Abbaszade Ay əvvəl
Göründüyü kimi Azərbaycanda söz azadlığı mövcuddur. İnsanlar rahatlıqla qarşılaşdıqları porblemləri deyə bilir və hətta polislər onlara şərait yaradır ki, gedib həmin yeri çəksinlər və göstərsinlər. Bəzi yaramaz məmurların yaratdığı problemdən ötrü insanlar həm əziyyət çəkir həm də dövlətdən narazı düşürlər. Bu müraciətdən sonra inşallah porblem aradan qaldırılar.
David Namazov
David Namazov Ay əvvəl
ilhamdı da fır fır fırladır Milləti . Bütün tapşırıqları da özü verir
Решад Халилов
Решад Халилов Ay əvvəl
Бурасы Азербайджанды, нер шей олар, фикир вермейин
King
King Ay əvvəl
Mən əvvəl xırdalanda yaşayırdım yol ayrıcına məntiqsiz dəmirdən arakəsmələr qoyurdular biz qonşular sökürdük belə etsəniz yaxşı olar yəni güc birlikdədir
Zahid Fetullayev
Zahid Fetullayev Ay əvvəl
Bu yolu uzadmaqla, Xırdalan dairəsində və Masazır dairəsində tıxacları artırıblar. Biri mən həmişə Qafqaz yolundan istifadə eləmişəm, o yol uzadılandan ancaq Masazır yolundan istifadə edirəm.
Çilgin Arif
Çilgin Arif Ay əvvəl
Mence yolun uzadilmasina heqiqj ehtiyac var, gorulen tedbir zeruridir ve 1 ooo nefere gore Baki seheri tixaca qapanmali deyil. Onlarin usawlari Xirdalandaki mekteblere getsinler. Mutleq Bakida tehsil almalidirlar?
elmi_RA_ul
elmi_RA_ul Ay əvvəl
Mənfur düşmən rejim və çanaq tutanlari camaatı anlaşılan kruqa* salıb nəyi var((( ancaq qana qan, qaçılmazdı USYAN
Hüseyn Oyunda
Hüseyn Oyunda Ay əvvəl
Nazir gedir gəlir ona görə ediblər bu hakimiyet özlərin düşünür biz millətdə birliyi olmadıqda betər olacaq
Faiq Zeynalov
Faiq Zeynalov Ay əvvəl
bu qərarı verənin Allah bəlasın versin Masazırda yaşayıram hər gün zülüm çəkirik
Ceyhun Əhədov
Ceyhun Əhədov Ay əvvəl
Vallah açığı indi daha yaxşıdı, tıxac aradan qalxıb. Onsuzda həmin zamandan daha çoxunu tıxacda itirirlər. Amma hər halda şikayətçilərin öz haqqı var. Allah köməkləri olsun.
Tuncay Kerimli
Tuncay Kerimli Ay əvvəl
NE TIXAC EEE
HAMININ AXTARDIQI
HAMININ AXTARDIQI Ay əvvəl
@kikiki vazın kuruqu açıq olanda da propka olurduda vazda masaxırda xırdalanda hər yer bağlı olurduda ind ən azından vazın kuruquna çare tapıblar propka aradan qalxıb qalan qalır xırdalan la masazır
kikiki
kikiki Ay əvvəl
Ne danisirsiz siz?? Masazirin kruqu xirdalan kruqu ve xirdalanin ici probkadi.her gun gedib gelen adamlar bilir.
Ceyhun Əhədov
Ceyhun Əhədov Ay əvvəl
@Rasif Rahmanov açığı mən Sumqayıta gedib gəlirəm hərgün. Qafqazın körpüsündə tıxaca düşürdük indi düşmürük. O nazirdi PA işçisidi kimdisə ona görə yolu bağlamaları düzgün deyil əlbətdə.
Rasif Rahmanov
Rasif Rahmanov Ay əvvəl
Tıxac aradan qalxıb? Yoxsa hamını Masazırın dairəsinə sürüklənib? O yolu hər gün səhər 8,00 da baglayrdlar ki agayi nazirləri keçir, görünür agayi naziri bu qane etmədi o vazın dairəsin ləgv elətdrdi.
elnur Seydiyev
elnur Seydiyev Ay əvvəl
Bunu Masazır dairesinde birde Xırdalan dairesindede eləməy lazımdır.. düz fikirdi.yollar üzüyvari olsa tıxaclar olmaz
Alone girl91
Alone girl91 Ay əvvəl
Cox biabirçi yoldu hansi ağilnan bu yolu saliblar
Serdar Novruzov
Serdar Novruzov Ay əvvəl
Allah bunlarin yolunu kesin
Tofiq Babayev
Tofiq Babayev Ay əvvəl
Bəs Qubadan olmaz geri dö nüb gəlmək
Elnur Feteliyev
Elnur Feteliyev Ay əvvəl
Quba yox çox uzaq düşür. Beş barmaqdan eləmək olardı. Bir lüle alıb qayıdardı cammat
Teymur Buludov
Teymur Buludov Ay əvvəl
Men hemişe "vaz-in dairesinden" istifade edirdim. O yol uzandiqdan sonra evvelki 1ci ve ya 2ci girişden istifade edirem. VAZ-in dairesinde tixac olmayib (sixliq olsa da). Onun evezine xirdalana giren 1ci ve 2ci girişlere encam etsinler.
Qafar Ocaqlı
Qafar Ocaqlı Ay əvvəl
Siz o dairəni qurdamalı deyildiz, o elə də ciddi problem deyildi. Əsil problem hər gün o dairədən sonra 20 yanvara qədər olan maşın karvanıdır. addım-addım irəliləyən maşın izdihamını aradan qaldırın. Xırdalana, Ceyranbatana metro çəkin, tez olsun deyə bu stansiyaların bəzisini yerüstü də edə bilərsiz. Yol sıxlığını azaltmaq üçün dünya praktikasını öyrənin. Ən əsası da elə kütləvi nəqliyyat vasitələrini artırmaqdır.
Tik -tok
Tik -tok Ay əvvəl
Her yerde camaati soymagdan , girmagdan, alcalmagdan, tebiti korlamagdan savayi hokumet iscilerinin basga isi guci yoxdur. Onlarin hamisinin cezasini ezrail versin tezlikle.!! Amin!!
Yasemen Cabarova
Yasemen Cabarova Ay əvvəl
Yollar cətin olub ,artiq yol gedilir, itki insanlara ziyan, yol cəkən lər döngələri uzadib
Elmir Hüseynov
Elmir Hüseynov Ay əvvəl
Allah kömək olsun. Adiyyatı qurumlara rəsmi şəkildə şikayət etsin. Bu məsələ adiyyatı qurumlar baxacaq. Biraz səbirli olmaq lazımdı. Tezliklə bu məsələ həll olunacaq.
region 44
region 44 Ay əvvəl
Bu sırf savadsızlıqdır, mütəxəsis çatışmazlıgı ucbatından baş verir. Bir də mərdiməzarlıqdır.
ruslan nehmetov
ruslan nehmetov Ay əvvəl
Axmaq övladları vəzifəyə təyin elətdirəndə,haram tikə yedizdirəndə,həmin axmaq övladlar vətəndaşlara belə çətinlik yaradırlar. İmansız böyüyən haramla böyüyən axmaq nəsil belə də qərarlar verməlidir.
Ya Ya
Ya Ya Ay əvvəl
DÜZ EDİRLƏR BU BAŞI BOŞ İDARƏ EDƏN MƏMURLARIN SAVADSIZ QƏRARLARIN ONLARİ GÖZÜBƏ SOXMAQ LAZIMDİR!!!
T Agazade
T Agazade Ay əvvəl
Polislerin pik saatlarda orda nizamlayıcı kimi bezmemesi üçün siqnal idarəsi ilə gördüyü iş.
Rasif Rahmanov
Rasif Rahmanov Ay əvvəl
O yolu öz Agaları üçün uzatdılar ki hər səhər aga ordan keçəndə probka olur.
Pasa Qulu
Pasa Qulu Ay əvvəl
GJ LAR BAKIDAN CIXMASALAR . DUZELMIYECEK BAKI! LENET OLSUN SIZLERE AMIN .
Elshen Ceferov
Elshen Ceferov Ay əvvəl
Kimse rahat gedib gelsin deye bu qeder millete ezab vermiyin.
Elsen Ehmedov
Elsen Ehmedov Ay əvvəl
Bezi sakinlere serf edib(sumqayitdan gelende o yolu kecmek çetin idi heqiqeten)..mence razi qalanlar daha coxdur.Hökümet de bunu nezere alib çox guman.Amma indi narazi sakinlerin de derdine care lazimdi
Şəhla Naxçıvanlı
Şəhla Naxçıvanlı Ay əvvəl
Bakı Mühəndislik universitetindən üzü vazın kuruquna doğru istiramətdə saatlarla tıxac olurdu indi maşınlar bir başa oranı tərk edib gedir,çox gözəl olub ,bu nə danışıqdır ,mən başa düşmədim,siz o yolu deyirsiniz üç dörd dəfə gedib-gəlirsiniz,amma mən o yolu yeddi,səkkiz dəfə qət edirəm,o yol tam sürücülərin ürəyincədir,bir,iki məhlə sakinlərinin sözünə qulaq asmaq lazım deyil,
Akber Fataliev
Akber Fataliev Ay əvvəl
Problemi təcili həll olunmalıdır. Alverdir kiməsə lazımdır.
Elcin Sirinov
Elcin Sirinov Ay əvvəl
Qardas cixin gelin rayonlara yel esib qoz tokulmuyub ki
Ferid Eliyev
Ferid Eliyev Ay əvvəl
Maşını təkcə rayonlular sürmür.Xirdalanin ve Bakının yerli sürücüləri de eyni zülmü çəkir.
Zaza Lubudukovic
Zaza Lubudukovic Ay əvvəl
Ele bil tek maşįn bizim ölkededi ne qayi adam kimi refdar eliyir ne adi polis nede yol var ele bil ilk defe maşini ixitira elemisik das dovrunnen qalib. Men muhendisliyi universtetini qutarmamisam ama baxan kimi biliremki bele muhendislik olmir
USTA BAKU
USTA BAKU Ay əvvəl
Duzgun elemiyibler kimse kececek deye insanlar eziyet cekirler.
Elesref Agayev
Elesref Agayev Ay əvvəl
Burda məqsəd sürücülərə benzini çox işlətməyə məcbur etməkdi. Bir maşın 30 km. artıq yol sürəndə həmən yolla bir gündə 100 min maşın gedəndə 100 mini vurun 30 kilometrin yanacağına. Özünüz hesablayın erməni rejim bir gündə əlavə neçə tonlarla yanacaq satır. Bu sürücünün cibinə girmək deyil bəs nədi.
İlham R. Məmmədov 🇦🇿
İlham R. Məmmədov 🇦🇿 Ay əvvəl
100 nefer yawayiwh yerinde insanlar var 10000 neferde bakidan gelir onlar ne etsin ? Kafkazin korpusu her gun propka yaxwhi edibler o demirleri cekenin Allah atasina rehmwt elesin
Pasha Qedimqulular
Pasha Qedimqulular Ay əvvəl
Çünki vəzifələrdə ora layıq olan oturmayıb,buna səbəbdə ölkədə hər şey bu qündədi
Unknown
Unknown Ay əvvəl
Azərbaycanda nə yenilik olursa xalqın ziyanına işləyir Yəni xalqın xəyrinə y,axşı yaşamağına,rahatçılıgına hessablanmır əksinədir hər şey .Bizdə belə ışləyir dövlət orqanları elə bil ermənilər oturub başda zülm edirlər millətə
Zakir Besirli
Zakir Besirli Ay əvvəl
Bu vaz dairesinin baglanmaginin hec bir tixaca kömeyi yoxdu eksine ucu bucagi olmuyan tixaclar yaranib,saat 9da işe getmek ucun saat 7e qalmış evden cıxır camaat, bunu eliyen qurumun meqsedi camaata eziyyet vermekdise acıq desinler başqa mentiqi açıqlamasi yoxdu bunun
Faruk Uluxanli
Faruk Uluxanli Ay əvvəl
Qadaniz alim incimeyin. Şexsen menə ayda 2000 azn verseler desələr gəl Bakida yaşa, Vallah o sixliqda men dəli olaram. Qurban olaram Gəncəyə, səssiz küysüz, rahat. Atalar nece deyib, çoxluq p..... Allaha and olsun ki, rayon yerlerinin biraz geliri azdi amma can rahatliģidi. Insan yaşlaşanda ele sixliqda yaşaya bilmir.
İsfəndiyar Məlikov
İsfəndiyar Məlikov Ay əvvəl
Heqiqetende biraz eziyetli iwdir bu. Artiq bunun bir hell yolu olmalidir. Bu qeder insan eziyyet cekir axi bele olmaz. Umid varam adiyyati qurumlar bununla bagli bir tedbir gorerler
Nigar Quliyeva
Nigar Quliyeva Ay əvvəl
YOLU AC, İLHAM!!!!
Ramil Fetullazade
Ramil Fetullazade Ay əvvəl
Hər gün əziyyət çəkirik bele olmaz gunumiz ancag yollarda kecir
Vahid Zamanov
Vahid Zamanov Ay əvvəl
Mən onu deyə bilərəm ki, bizdə yol strukturu ilə məşğul olanlar şor satanlardı.Kimin əmi -xala uşaqların yığıblar ora yol işindən xəbərləri yoxdur.Anar Nəcəfliyiyə sual verirəm , əyər orda işlər tam başa çatmayıbsa niyə işinizi tam qurtarmamış yolu bağlayırdınız ki, çamaat da ayağa qalxsın ?
Sadiq Məmmədli
Sadiq Məmmədli Ay əvvəl
Millete duzgun zulum ediler
Surac Piriyev
Surac Piriyev Ay əvvəl
Allah səbir versin.
Etibar Aliyev
Etibar Aliyev Ay əvvəl
Analoqu olmayan ölkə. Bu ölkədə sadə insanlar ancaq əziyyət çəkməlidirlər. Çünki yuxarıdakılar başlarıyla yox başqa yerləriiylə fikirləşirlər.
Sadiq İbrahimov
Sadiq İbrahimov Ay əvvəl
Anar Necefli aparicidi ,onun yoldan ne başi cixir ki bir fikirde soylesin getsin xeberlerin aparsin oz isinde olsun
QRUZ-200
QRUZ-200 Ay əvvəl
Meqsed ancaq xalqi qeşengcene minmekdi vessalam.miniblerde maasallah
Ali Faracov
Ali Faracov Ay əvvəl
anlamıram elə bilirlər keflərindən bağlıyıblar bir müddətlikdi nəsə iş gedir onun üçün bağlanılıbdı inanıramkı şikayətləri nəzərə alacaqdır adiyəti qurumlar gedən işləri tezləşdirib sürəti şəkildə yolu açacaqlar
Aqşin Şərifov
Aqşin Şərifov Ay əvvəl
O tıxac deyil o nazirin yoludu orda gəlib yuvanir onun üçün hər gün oranı tartecle keçən nazirə bəllidi bəsirin bezirmiyin milləti bir məmurun yolu azad və probqa olmasın deyə milləti incitməyin
Leyli Eliyeva
Leyli Eliyeva Ay əvvəl
"başlar" ANCAQ XALQIN ZİYANINA, ƏZAB ÇƏKMƏSİNƏ İŞLƏYİR.
Great Azerbaijan
Great Azerbaijan Ay əvvəl
Guya deyirler vetendasi fikirlerik tixax olmasin.masazirin krugu dagilir butun gunu.burda ancag Novxanida yasiyan villa sahiblerini fikirlesibler onlar gedib gelende tixaca dusmesin sade camaat cehenneme olsun 10 km her gun gic gic firlansin.
Zaur İbrahimov
Zaur İbrahimov Ay əvvəl
Yalan deyirsiz nazir evinə rahat verib çəksin edirlər nələr olsun belə dovlete
AnimalPlanet
AnimalPlanet Ay əvvəl
Bu yol planı verəni zəlil olsun qaytarin əvvəlki vəziyyətinə camaata zülüm verməyin
Yusuf Memmedli
Yusuf Memmedli Ay əvvəl
Heeeeec bir seyimiz duz qurulmuyubda.her seyimiz bas ayaqdi
Nuwh
Nuwh Ay əvvəl
Bu da gəlib taksi sürücülərinin işinə, o gün Xırdalan şəhər mərkəzi poliklinikasından Abşeron Rayonu Mərkəzi xəstəxanasına hərbi çağırışa görə yoxlanış üçün getmişdim, taksi sürücüsünün birindən qiymət soruşdum, yolun bağlanmasını bəhanə edib keçən il 2 manata getdiyim yola 5 manat dedi, bunun kimi bir neçə taksi sürücüsündən soruşdum, hamısı mənə eyni qiyməti dedi. Camaatın qanını içirlər Vallah
Dcp bs
Dcp bs Ay əvvəl
Mən başa düşə bilmirəm polislər özlərini niyə belə aparırlar.elə bil millət onların düşmənidir.
Elişən Mustafayev
Elişən Mustafayev Ay əvvəl
ÖLKƏ PİS GÜNƏ QALIB , ÖLKƏNİ , SAVADSIZ , HARINLAMIŞ MƏMURLAR İDARƏ EDİR . KADIRLAR ÖZ YERİNDƏ OLSA , HƏR ŞEY YERİNDƏ OLAR .
xaqani aliyev
xaqani aliyev Ay əvvəl
qanmaz insanlari memur teyin edende bele olur
Talib Muradlı
Talib Muradlı Ay əvvəl
Ən çoxda tələbələrə ziyandır bu sonra qayıbdan kəsiləndə elə bil azəryol onun qayıbını siləcək