Azərbaycana gətirilən 10 kq narkotikin realizə olunmasının qarşısı alınıb

  Baxış 1,233

APA TV

APA TV

14 gün əvvəl

Ölkə ərazisinə 10 kiloqramdan çox yüksək təsiredici xassəyə malik narkotik vasitənin gətirilərək realizə olunmasının qarşısı Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən alınıb
DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat tədbiri nəticəsində külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin ölkə ərazisinə gətirilərək realizə olunmasının qarşısı alınıb.
Belə ki, Baş İdarə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında həyata keçirdikləri tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən paytaxtın Suraxanı rayonu Əmircan qəsəbəsində yaşayan Elvin Zeynalov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 390 qram narkotik vasitə heroin və 215 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları Elvin Zeynalovun Əmircan qəsəbəsində yaşadığı evə də baxış keçiriblər. Ordan isə idman çantasının içərisindən əlavə 4 kiloqram 650 qram heroin, 2 kiloqram 100 qram marixuana, 2 kiloqram 60 qram metamfetamin, 995 qram həşiş, 498 ədəd ümumi çəkisi 19,92 qram metadon həbləri və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Beləliklə bu əməliyyat nəticəsində Baş İdarənin əməkdaşları tərəfindən 10 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddənin qanunsuz dövriyyəyə buraxılmasının qarşısı alınıb.
Araşdırma zamanı müəyyən olunub ki, Elvin Zeynalov hələlik adı istintaqa məlum olmayan İran vətəndaşının tapşırığı ilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçirilən külli miqdarda narkotik vasitə və psixotrop maddəni Cəlilabad rayonu ərazisində qəbul edib. Daha sonra Elvin Zeynalov narkotik vasitələri paytaxta gətirərək yaşadığı evdə gizlədib. Saxlanılan şəxs narkotik vasitələri İran vətəndaşının deyəcəyi adamlara satandan sonra pulun bir hissəsini geri göndərməli imiş.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, Elvin Zeynalov tutularaq istintaqa təqdim olunub. Cinayət işi üzrə zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Azərbaycana gətirilən 10 kq narkotikin realizə olunmasının qarşısı alınıb
Video Link: azshow.info/watch/M-DYb-i7qw0/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
ГОГА ГОГА
ГОГА ГОГА 12 gün əvvəl
da yaşadagın evdə neyə saxlayırdın.
Astara çinçinastara
Astara çinçinastara 12 gün əvvəl
Kakos wuwe getdi fiso qaldiq agrida
Azercell İdeal
Azercell İdeal 10 gün əvvəl
😂caan
Гаджи Мамедов
Гаджи Мамедов 12 gün əvvəl
СУПЕР МАРКЕТ ачмышымыш гардаш маладес
ÜVEYS OYUNDA
ÜVEYS OYUNDA 13 gün əvvəl
quş uçurdmayan gömrüy nətər bunlar qanunsuz yola keçirdib eləbil kartof soğan alıblar nə az nə çox kim göz yumub görəsən
vətənim Azərbaycan odlar yurdum canim Azərbaycan
vətənim Azərbaycan odlar yurdum canim Azərbaycan 12 gün əvvəl
Gomurukden keçmir bunlar
İdeal İdeal
İdeal İdeal 13 gün əvvəl
Bunlari güllələyib yox eləmək lazımdır
Turan Meherremov
Turan Meherremov 13 gün əvvəl
Gencleri bele insanlar zeherliyib heyatlarini qaraldirlar
Ильхам Абдуллаев
Ильхам Абдуллаев 13 gün əvvəl
Халгын гаршысында гуллала балача азербайджанда наркоман чохду
Aslixan x Noton - Ə'siz! (reDISS)
2:15
"Buğlama" #64 Yeni (30.05.2020)
52:06
İlk Media
Baxış 229K
Komedixana 31-ci Bölüm      16.05.2020
55:00
Aysun İsmayilova - Əzizsən (Official Clip)
2:40