Gəncədə qaz sızması nəticəsində dağılan bina yenidən tikilərək istifadəyə verilib

  Baxış 961

APA TV

APA TV

14 gün əvvəl

2018-ci ildə Gəncədə qaz sızması nəticəsində baş verən partlayış zamanı yararsız vəziyyətə düşən bina yenidən tikilərək sakinlərin istifadəsinə verilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, şəhərin Şahlar Hüseynov 13 A ünvanda inşa edilən 5 mərtəbəli yaşayış binası 50 mənzildən ibarətdir. Mənzillərdən 22-si bir otaqlı, 16-sı 2 otaqlı, 12-si isə 3 otaqlıdır.
Bu gün 36 mənzilin açarı ev sahiblərinə təqdim edilib. Bu ailələrdən biri də Pərvin Mustafayevadır.
Müsahibimiz deyir ki, onun mənzili iki otaqlı olub. Partlayış zamanı mənzilinə ziyan dəydiyindən bu günə kimi ailəsi ilə birlikdə kirayədə yaşayıb.
Sədaqət Sultanovada partlayış nəticəsində zərər çəkənlərdəndir. Onun sözlərinə görə, güclü partlayış zamanı onunda mənzilinə ziyan dəyib. Bu gün isə onlar dövlət tərəfindən yenidən tikilən binada mənzillə təmin olunublar.
Qeyd edək ki, yeni tikilən bina iki blokdan ibarət olmaqla ümumi sahəsi 4570 kvadratmetr ərazini əhatə edir. Tam təmir edilən mənzillərin açarları ev sahiblərinə Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən təqdim olunub.
Xatırladaq ki, 2018-ci ilin noyabrın 20-si Şahlar Hüseynov küçəsində yerləşən binada qaz sızması nəticəsində partlayış olub. Nəticədə binanın 3-cü blokunun bir hissəsi çöküb. Hadisə zamanı 1994-cü il təvəllüdlü Cumal Taleh oğlu Cumalzadə, 1971-ci il təvəllüdlü Nigar Tağı qızı Tağıyeva və onun oğlu 1994-cü il təvəllüdlü Hüseyn Oktay oğlu Heydərov dağıntılar altında qalaraq dünyasını dəyişib. Daha bir nəfər, 1997-ci il təvəllüdlü Orxan Oktay oğlu Məmmədov isə yaralanıb.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Gəncədə qaz sızması nəticəsində dağılan bina yenidən tikilərək istifadəyə verilib
Video Link: azshow.info/watch/N7OmGyljVdU/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Fuad Pasayev
Fuad Pasayev 12 gün əvvəl
Cumazadə Cuma Saleh oğlu. Zəhmət olmasa düzgün yazında.
Vefa Serifova ft Vusal Ibrahimov - Ayna  (official video)
4:19
Qonur ayi Shekini terk etdi
2:59
ARB Sheki
Baxış 184K
"Buğlama" #62 (16.05.2020)
51:04
İlk Media
Baxış 443K
PASTER - GƏZİRƏM
4:14
Synaps Production
Baxış 402K
Gəncədə DƏHŞƏTLİ PARTLAYIŞ
03:05
Xəzər Xəbər
Baxış 22K
Uzun ve Kısa Tırnaklı Kız Problemleri
10:12