Azərbaycana 30 ilin ən sərt qışı gəlir - QAR YAĞACAQ, ÇOVĞUN OLACAQ

  Baxış 179,053

İCTİMAİ TV

İCTİMAİ TV

7 gün əvvəl

"Avropa meteoxidmətləri bu ilin qışının son 30 ilin soyuq qışı olan illərindən olacağını istisna etmir. Qış havasına qütb burulğanı olan alçaq təzyiqli arktika hava burulğanı təsir edəcək".

Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. O bildirib ki, həddindən artıq soyuq arktik hava kütlələri şimal yarımkürəsindən cənub enliklərinə yayıldıqda belə hava hadisəsi “arktika sıçrayışı” adlanır: "Hazırda çox soyuq hava kütləsi Rusiyanın Avropa hissəsində anomal soyuqlara səbəb olub, güclü qar və çovğun, yollarda buz örtüyü əmələ gətirib. Artıq şimaldan cənuba yönəlmiş soyuq atmosfer cəbhəsi Şimali Qafqazda güclü qara səbəb olmaqla, qar uçqunları təhlükəsi yaradıb".
O qeyd edib ki, sabah hava nisbi sabit olacaq, bəzi ərazilərdə duman gözlənilir:
"Lakin həftənin 2-ci yarısında Şimalı Qafqazda və Türkiyənin Aralıq dənizi sahillərində baş verən proseslərin əlamətləri bizim ərazimizdə də özünü göstərməyə başlayacaq.
Yanvarın 13-ü gündüzdən Bakı və Abşeronda, eləcə də Kür çayı boyu ərazilərdə küləyin güclənəcəyi gözlənilir. Soyuq qarlı hava kütlələrinin şimal və qərbdən daxil olacağı proqnozlaşdırılır. Bununla əlaqədar yanvarın 13-də səhər Naxçıvan MR-də, Qarabağda, Şərqi Zəngəzurda, gündüz Böyük Qafqaz bölgəsində qar yağacağı, bəzi yerlərdə intensiv olacağı, temperaturun kəskin aşağı düşəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Axşama doğru prosesin ölkə ərazisini əhatə edəcəyi, lakin aran rayonlarında yağıntının əsasən yağışla başlayacağı, bəzi yerlərdə sulu qara keçəcəyi proqnozlaşdırılır. Yanvarın 15-də cənub-qərb küləyinin güclənəcəyi ilə əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqunları təhlükəsi ehtimal olunur".
Onun sözlərinə görə, Bakıya qarın düşməsi ilə bağlı yaxın günlərdə bir daha dəqiqləşdirilmiş məlumat təqdim ediləcək: "Lakin proqnoz modelləri böyük ehtimalla Abşeronda sulu qarın yağacağını deməyə imkan verir. Belə ki, Bakıda və Abşeronda 13-ü axşam saatlarından yağış yağacağı, 14-də sulu qara, Bakı şəhərinin nisbətən yüksək ərazilərində isə qara keçəcəyi gözlənilir. Ayın 13-ü axşam və 14-də havanın soyuması və güclü küləklə yanaşı, yanvarın 16-dək davam edən atmosfer təzyiqinin təzadlı qalxıb enməsi müşahidə olunacaq. Bu təsir effektini qısa müddət ərzində bir neçə dəfə 1000 metrlik yüksəkliyə qalxıb enmə nəticəsində yarana biləcək hisslə müqayisə edə bilərik. Bu səbəbdən xüsusən ürək-damar xəstəliklərindən əziyyət çəkən insanlara səhhətlərinə qarşı daha diqqətli olmaları tövsiyə olunur".




ictimai.tv/
ictimaitv.o...
itv.az/

Şərh: 284
Deniz Sema
Deniz Sema 12 saat əvvəl
ALLAHIM QAR YAĞSIN AMA ƏSGƏR BALALARIMIZI ÖZÜN QORU SOYUĞDAN DÜŞMƏN GÜLLƏSİNDƏN HİYLƏSİNDƏN EVSİZLƏRƏ KÖMƏK OL YA RƏBİM
cesika fernandes
cesika fernandes 12 saat əvvəl
Qar yagacaq deyende birinci eskerlerimiz herbicilerimiz yadima duwur.allah onlari qorusun.evsizler nece olacaq?aciq havada iw gorenler evlerine nece corek pulu aparacaq.bunlari fikirlewende o qarin kefini cixartmaq olmur.yagmasin.😣
Əkbər Hüseynov
Əkbər Hüseynov 12 saat əvvəl
Allah sənə yalvarıram əsgərlərimizi qoru soyugdu qar yağış düşmən gülləsi Allahım qoru cəmi əsgər balalari
Rauf Elgiz
Rauf Elgiz 12 saat əvvəl
oğlum əsgərdi.allah bütün əsgərlərimizi qorusun.kaş biz vakideyinlər də gedib övladlarimizla xidmət çəkərdik
Kamran Məmmədov
Kamran Məmmədov 12 saat əvvəl
Hər ilin yanvar ayında eyni söhbəti edirlər və bezmirlər. Amma olanda da sadəcə bir neçə saat yağış yağır temperatur düşür sonra yenidən düzəlir.
Fərhad Nağıyev
Fərhad Nağıyev 12 saat əvvəl
Biri deyir qar yağsın, o biri deyir yağmasın😊 Allah sifarişlə iş görmür. Hər şeyi nizamlayan Allahdı☝🏻Şükür Allahın məsləhətinə🤲🏻
Nicat Nuriyev
Nicat Nuriyev 12 saat əvvəl
QAR YAĞMAĞI ƏLADI TƏMİZLİKDİ HAVA TƏMİZLƏNİR SU ÇOXALIR 🏔️⛰️⛰️🌧️🌨️🌨️🌬️🌬️🌊🌲☘️🍀🌳🌳🌬️🌬️❄️❄️☃️🏔️🏔️⛄⛄💧💧🌨️🌨️🌨️
Sehla Tebriz
Sehla Tebriz 12 saat əvvəl
Tezliklə yaz gəlsin ardından yay. Uşaq olarkən qışı qarına göre sevirdim. Amma indi evsiz insanları görüb, esgərlərimizi düsünüb qar istemirem. Umumiyyətlə qış tez keçsin bircə.
Naxçivan Alieva
Naxçivan Alieva 12 saat əvvəl
Allahım Sen Qoru Bizleri.Senin meslehetine Min Şükürler olsun.🤲🤲🤲🤲🤲🤲🤲🤲
Turan - kazımlı
Turan - kazımlı 12 saat əvvəl
Bizə qar yaraşmır birincisi əsgər balalarım ıza soyuq olur ikincisi millətin odun odunacağı yoxdur şəhərimizdə.isə.millət kreditlə min əzabla maşın alıb hərəsi bir dərəyə sürüşəcək sonrada təmir etfir.
Bextiyar məmədov
Bextiyar məmədov 7 saat əvvəl
Qar yağmasın çovğun olmasın.əsgərlərmiz var.Allah qorusun əsgərlərmizi.
Narmina Mirgasimova
Narmina Mirgasimova 12 saat əvvəl
ALLAH ORDUMUZU QORUSUN, ÜREYIM OLARIN YANINDADI!SALAMAT EVLERINE QAYITSINLAR,MEN DE OGUL ANASIYAM,BILIREM INDI OGULLARI ESGER OLAN ANALAR......TANRI OGULLARIMIZI QORUSUN!!!AMIN!
Play Looa
Play Looa 12 saat əvvəl
Bu qədər kasıb insanlar Allaha dua edir qar yağmasın Allahda duaları eşidir qar yağsa camahat acınan qrıldı qaz yandıra bilmirik işıq yandıra bilmirik əllərmiz qalıb Allah dərgahında
Naula guliyeva
Naula guliyeva 12 saat əvvəl
Qışı sevərdim, indi sevmirəm. Evi isti olmayan insanlar, Qazı vura bilməyənlər var. Kücələrdə yatanlar var. Allah rəhm eləsin.Tez yay gəlsin🙏😔
Necmeddin Qaracayev
Necmeddin Qaracayev 12 saat əvvəl
Xeyirli bərəkətli olsun. ALLAH əsgərlərimizi yola çıxan yolcuları sürücüləri qorusun amin inşallah.
Dilber Musayeva
Dilber Musayeva 12 saat əvvəl
Allahim sən əsgərlərimizə kömək ol 🤲🤲🤲🤲🤲🤲
Deniz Yusifova
Deniz Yusifova 9 saat əvvəl
Allah evinden kenarda olan hamını qorusun.Başda Esgerlerimiz olmaqla🙌
Cesur Kazimli
Cesur Kazimli 12 saat əvvəl
Canımız əsgər qardaşlarımız Allah sizə yar olsun.
Cemile Suleymanova
Cemile Suleymanova 12 saat əvvəl
Qışda qar yağar da,nə təccüblü işdi.Dərdimiz elə qar-yağış olsun.Bahalaşma,xəstəlik,vaxtsız ölümlər olmasın.
Aytac Qəribova
Aytac Qəribova 9 saat əvvəl
Allah əsgərlərimizi qorusun 🙏❤️🥰
Vefa Serifova - Canim 2022 (Yeni Klip)
2:52
FROM THE OLD COUNTRY HOUSE to the CANDY!
32:32
Школа Ремонтника
Baxış 4,7M
Cek London - Seçilmiş hekayələr
1:28:03
Zelenski Tokayev haqqında
35:58
Prime TV Azerbaijan
Baxış 24K