“Nəsimi bazarı” söküləcək? - BAZAR RƏHBƏRLİYİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ

  Baxış 1,394

APA TV

APA TV

12 gün əvvəl

Meyvə-tərəvəz, ət, süd və süd məhsullarından tutmuş geyimlərin, ayaqqabıların satıldığı, hamının “Nəsimi bazarı” kimi tanıdığı ticarət obyektinin sökülməsi haqqında xəbərlər dolaşır.
APA TV xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün 80 nəfərə yaxın satıcının çalışdığı, Azadlıq prospekti ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində yerləşən məşhur “Nəsimi bazarı”na yollandıq. Orada çalışan insanlarla həmsöhbət olduqda özlərinin də bu xəbərə mat-məəttəl qaldıqlarını bildirdilər:
- Uzun müddətdir burada çalışıram. Təqribən 30 ilə yaxındır. Müdiriyyəti hər gün görürük. Bizim haqqımızda maraqlanır. Əgər elə bir şey olsa yəqin mən də buranın işçisi kimi məlumatım olardı.
- Yox, Allah eləməsin bağlansın. Yəqin ki, müdiriyyət bir yer edib köçürər.
- Deyirlər təmir edirlər.
Ərazidə sadəcə bir sıra kiçik təmir bərpa işlərinin həyata keçirildiyini deyən bazar rəhbəri Vaqif Adıgözəlov bildirdi ki, koronavirus pandemiyası dövründə dezinfeksiya və təmizlik işlərinin həyata keçirilməsi ilə əlaqədar bazarda bir sıra işlər həyata keçirilir: “Bazarın sökülməsi ilə bağlı məlumatlar yanlışdır. Bazar sökülmür. Bazarda təmizlik işləri gedir. Gigiyenik qaydalara əməl etmək üçün, qərargahın qərarlarına riayət etmək üçün palatkada olan yerlər vardı. Oraları sökdük, təmizlədik. Təmizik işləri görmək üçün. Boş mağazalarımız vardır. Hamısını yerlədirmişik”.
Vaqif Adıgözəlov həmçinin bildirdi ki, əgər sökülmə işləri ilə əlaqədar hər hansı addımlar atılarsa burada çalışan insanlara 2-3 ay öncədən məlumat veriləcək və başqa yerlərə köçürülmələrinə şərait yaradılacaq.
Qeyd edək ki, bazarda sadəcə geyim əşyalarının satıldığı ərazidə təmir bərpa işləri həyata keçirilir.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: “Nəsimi bazarı” söküləcək? - BAZAR RƏHBƏRLİYİ MƏSƏLƏYƏ AYDINLIQ GƏTİRDİ
Video Link: azshow.info/watch/T7sZI_fOOEw/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Valid Ibrahimov
Valid Ibrahimov 11 gün əvvəl
Navastroyka tikeceyler yerine.
TUR BO
TUR BO 11 gün əvvəl
🤔
Mahmudov Sultan.
Mahmudov Sultan. 11 gün əvvəl
Ehh
Nəsimi bazarı söküləcək
02:32
NESIMI BAZARI SOKULUR
03:01
Space TV - Xəbərlər
Baxış 61
Mürsəl Səfərov - De bilim (2020)
3:36
Mursel Seferov Official
Baxış 714K
Qonur ayi Shekini terk etdi
2:59
ARB Sheki
Baxış 184K
Elcin Meherremov - Mensiz (Yeni 2020)
3:36
Səda - “Nəsimi bazar” söküləcək…
01:59
Iranın ucuz Bazarları Nə Isdesez Taparsiz
02:53
"Buğlama" #61 (09.05.2020)
50:51
İlk Media
Baxış 375K
Aydın Sani - De bilim
3:14
Aydın Sani
Baxış 142K