Baxış 110,963
Azadlıq Qəzeti
Tural Ağayev:
"Ermənistan rəhbərliyi Azərbaycanla münasibətləri
normallaşdırmağa meyl edir, sərhədlərin, hava məkanlarının açılmasını,
regional layihələrə qoşulmasını istəyir,
Türkiyə və Azərbaycanla gələcək əməkdaşlığın planlarını cızır,
sərhədlərin demarkasiyasında təmkinli münasibət ortaya qoyur.
Bütün bunlar olduğu halda kiçik bir kənd və ya qəsəbədə təxribat törətmək
Ermənistan rəhbərliyinin nəyinə lazımdır?
Təbii ki, regionda konfliktin iqtisadi əməkdaşlıqla əvəz
olunmasını istəməyən bir qüvvə var - “sülhməramlıların” mənsub olduğu dövlət.
Çünki iqtisadi əməkdaşlıq bu dövlətin yavaş-yavaş
regiondan çıxarılmasına gətirib çıxaracaq.
Bu səbəbdən bu dövlət heç vaxt münaqişəni sönməyə qoymayacaq.
Təəssüf ki, yenə də bir çoxu bütün bunlara görə Ermənistanı günahlandırır.
Arqumentlərini gücləndirmək üçün Qarabağdakı tanınmayan qurumun
təhlükəsizlik xidmətinin rəhbərinin işğaldan azad edilmiş
ərazilər barədə dediyi təhdidlərə də istinad edirlər.
Unudulmamalıdır ki, Dağlıq Qarabağda artıq
Ermənistanın effektiv yurisdiksiyası yoxdur.
O ərazi artıq bütünlüklə Rusiyanın nəzarətindədir.
Həmin təhlükəsizlik xidmətinin də rəhbəri Ermənistanın yox həmin
ərazinin faktiki idarəçisinin maraqlarına xidmət edir."
#azadlıqqəzeti
#qarabağ
#antidiktatura