Alimentdən boyun qaçıranları gözləyən həbs - “BAŞQA AİLƏM VAR, ÖDƏYƏ BİLMİRƏM”

  Baxış 1,775

APA TV

APA TV

13 gün əvvəl

Alimenti ödəməyən və ödəyə bilməyən şəxslər, yəni valideynlər barəsində cinayət işi açılıb. Bu ilin birinci rübündə həmin şəxslər 38 nəfər təşkil edib.
APA TV-nin xəbərinə görə, Füzuli rayonunun Kürdmahmudlu kənd sakini Həsrət Abbasov 2 övlad atasıdır. Məhkəmə tərəfindən bu şəxsə hər övladına görə 72 manat aliment nəzərdə tutulub. Bir müddət əvvəl də alimenti ödəyə bilmədiyinə görə 10 gün azadlıqdan məhrum edilib: “Yenidən ailə qurmuşam. 2 azyaşlı övladım var. Məhbus həyatından sonra işim də olmadı. Qazandığım pulla dolana bilmirəm. Həmin maaşla ancaq ikinci ailəmdən olan övladlarıma baxa bilirəm”.
Həsrət Abbasov Füzuli Rayon Məhkəməsinin icra məmuru tərəfindən rayon məşğulluq mərkəzində qeydiyyatdan keçirilsə də, təklif edilən işdən imtina edib. Böyük icra məmuru Həkimi Atakişiyev deyir ki, o səbəb kimi isə maaşın qane etmədiyini bildirib:
“Borclu Abbasov Həsrət Əli oğlu barəsində olan alimentə dair Beyləqan Rayon Məhkəməsinin icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə barəsində tərtib edilmiş İnzibati Xəta haqqında protokola 12 may 2020-ci il tarixində Füzuli Rayon Məhkəməsində baxılıb və o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, 15 gün müddətinə inzibati həbs edilib”.
Füzuli rayonunun Böyük Bəhmənli kənd sakini, bir uşaq atası Hafiz Hüseynovu da eyni aqibət gözləyir. Məhkəmə tərəfindən ona kəsilən 85 manat alimenti ödəmədiyinə görə inzibati həbs olunacaq.
O, alimenti ödəməməsinin səbəbini məhkəmə qarşısında bu cür ifadə edir:
- Alimenti ödəməməyinizin səbəbi nədir?
- İşləmirəm, pulum yoxdur. Burada da iki yetim uşağım var. Anası rəhmətə gedib, mən saxlayıram.
- İkinci dəfə evlənmisən?
- Xeyr. Birinci həyat yoldaşım rəhmətə gedib. Bununla da evlənməmişəm. Kafedə işləyirdi. Mən də 5 aydır Bakıda saxlamışam.
Şəxs atalıq hüququndan imtina etsə də, bu günə qədər aliment borcundan 282 manat pul ödədiyini, sonra isə həmin uşağın onun övladı olduğunu etiraf edib.
3628 manat aliment borcu olan Hafiz Hüseynov da icra məmurları tərəfindən Füzuli rayon Məşğulluq Mərkəzindən qeydiyyatdan keçirilib. İcra məmuru Vəfa Ələkbərovanın sözlərinə görə, Hafiz Hüseynov təklif edilən maaşın qane olmadığını əsas gətirərək, işdən imtina edib: “Füzuli Rayon Məhkəməsinin 12 may 2020-ci il tarixli qərarına əsasən, borclu Hüseynov Hafiz Rəhim oğlu barəsində 10 gün müddətinə inzibati tənbeh tədbiri tətbiq olunub. Onun barəsində tərəfimizdən icra tədbirləri davam etdirilir”.
Müsahibimiz Anar Əzimzadə müvafiq işlə təmin edilməsə, onu da eyni aqibət gözləyir: “6 ildir ki, boşanmışam. 3 övladım var. 351 manat aliment kəsilib. Pandemiya ilə bağlı alimentin ödənişində böyük çətinlik yaranıb. Buna görə alimenti tam deyil, 220 manat civarında natamam şəkildə ödəmişəm. İşsiz adamam”.
Ümumilikdə 2019-cu il ərzində icra xidmətlərinin yerli qurumlarının icraatında alimentin tutulması ilə bağlı 92 350 ədəd icra sənədi olub. Bu dövrdə aliment borcunu qərəzli olaraq ödəmədiyi üçün 2011 şəxs inzibati qaydada həbs edilib. Ədliyyə Nazirliyi icra baş idarəsinin aparıcı məsləhətçisi Rüstəm Rəhimov deyir ki, borcla əlaqədar yeri naməlum olan 3509 nəfər isə axtarışda olub: “Eyni zamanda xüsusi karantin rejimi dövründə alimenti ödəməkdən yayınan şəxslər barəsində ciddi məsuliyyət tədbirləri həyata keçirilib. Bəzi borclular var ki, xüsusi karantin rejimini bəhanə edərək, alimenti ödəməkdən yayınmağa cəhd göstərib, lakin icra məmurları tərəfindən bu halın qarşısı alınıb və həmin şəxslərə qarşı ciddi tədbirlər eyni zamanda inzibati həbs tənbehi də tətbiq olunub”.
Qeyd edək ki, Ədliyyə Nazirliyi tərəfindən “ASAN Xidmət”lə əməkdaşlıqda tətbiq olunan yenilik vasitəsilə məhkəmə qərarları üzrə borclu şəxslər borclarını, o cümlədən aliment ödənişlərini “ASAN ödəniş” və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə nağdsız şəkildə həyata keçirə biləcəklər.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Alimentdən boyun qaçıranları gözləyən həbs - “BAŞQA AİLƏM VAR, ÖDƏYƏ BİLMİRƏM”
Video Link: azshow.info/watch/ZH78bUgenVk/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Рагима Джуварлинская
Рагима Джуварлинская 5 gün əvvəl
БЕСДИРИН АЗ ДОГУН БУ УШАГЫ САХЛЫЙА БИЛМИЙСЕН ДОГУРСАН.
Seid Zekiyev
Seid Zekiyev 11 gün əvvəl
MAAŞ COX OLSA BELƏ ŞEYLƏR BAŞ VERMƏZ İŞLƏYƏR HƏM ÖZÜ DOLANAR HƏMDƏ ALMENRİ VERƏR
Руфо алиев
Руфо алиев 11 gün əvvəl
Fizuli raionu xardadir!?
Rəhman Hüseynzadə
Rəhman Hüseynzadə 11 gün əvvəl
Allah sizi Qorusun əlaa bele lazimdi bu alçaqlara
İnsaat Ofis
İnsaat Ofis 11 gün əvvəl
Allah bele şeyi heç kime göstərməsin canımı verərəm balama Allah uzaq eləsin mene aliment ödəməyi
Alina Rose
Alina Rose 11 gün əvvəl
Bele shey olar? 300m maash alir 350 m aliment verir.Bes ozu ne yemelidi? Isht3n arayish almamish bank pul vermir ne var hokumet oz pulunu verir axi.Amma aliment ucun isht3n arayish teleb elemirler yazib basirlar dog ver.Bu hokumetde dogrudan catishmir Vallah
Vasif Huseynzadе
Vasif Huseynzadе 11 gün əvvəl
Qanuna soxum
Vasif Huseynzadе
Vasif Huseynzadе 11 gün əvvəl
Soxum azerbaycana
Aqif Abbasov
Aqif Abbasov 11 gün əvvəl
Ele uşag yada duşmur uşag pulunu niye vermirsiz bes
AFA MUSLUMZADE
AFA MUSLUMZADE 11 gün əvvəl
Duzdu birmenali duşunmek olmaz.amma dolanişiqla maaşla alinmir..
Ruslan Suleymanov
Ruslan Suleymanov 11 gün əvvəl
Olmuyanan sonra hardan vermaldi kotdu basl is var niya qarar clxardlmslz usaq pulu vermilir tut hardan verilajay usaq pulu verin qarar 30 ildi usaq pulunu yeyirsiz
Efqan Esgerov
Efqan Esgerov 11 gün əvvəl
1 usaqin var niye bosayirsan ay insanlar
Точка невозврата.
10:25
Татьяна Мартынова
Baxış 3,8K
Elcin Meherremov - Mensiz (Yeni 2020)
3:36
Komedixana 31-ci Bölüm      16.05.2020
55:00
Dünyanın bu günü - 02.06.2020
06:11
Fizulide qeza
02:46
Elnur Veliyev
Baxış 5K
Şuşa 28 Yıldır İşgal Altında
5:44
Aslixan - Cool Qullar
2:24
Xəzər Music
Baxış 45K