Baxış 57,652
Postmüharibə dönəmi öz sürprizləri və ölkədaxili problemləri ilə insanımızı qayğılandırır.
Prezident İlham Əliyev oliqarxiyanı bitirir. Son nümunələr də işdən
çıxarılır. Qalanların isə səlahiyyətləri azaldılıb, imkanları minimuma
salınıb. Yenilərin oliqarxlaşmasını önləmək üçün nə etməli? Köhnələrin, "5-ci kalon" adlandırılanların sabotajlarının qarşısını almaq hansı addımlar atılmalıdır? Çünki işdən çıxarılan pullu və səlahiyyətli şəxslərin mal varlığı milliləşdirilir. Onların pullarını almaq, canlarını almağa bərabərdir. Bu baxımdan prosesə canları alınırmışcasına reaksiya verirlər. Oliqarxiyasız hökumət modeli necə işləyəcək? "Çarx" dönəcəkmi?
Robert Koçaryan Rusiyanın 1-ci televiziya kanalının "Pozner"
proqramına müsahibəsində maraqlı məqamlara toxunub. Məsələn, deyib
ki, Putin işə qarışmasaydı, Azərbaycan Dağlıq Qarabağı bütövlükdə götürəcəkdi. Həmçinin deyib ki, Ermənistan ordusunun hazırkı vəziyyəti
revanş haqda düşünməyə imkan vermir. Robert Koçaryan, həmçinin, keçmiş
Dağlıq Qarabağ Muxtar Vilayəti rayonlarına daxil olan itirilmiş
ərazilərin bəzi hissələrinin qaytarılması ətrafında danışıqlar
aparılmasını mümkün hesab edir. O, Türkiyəni Ermənistan üçün təhdid adlandırıb. Bu açıqlamalar ermənilər üçün bir ciddi siqnal olacaqmı? Və bunlara bizim cavabımız nə olmalıdır?
Generallar Akif Çovdarovla Sübahir Qurbanovun əfvlə azadlığa buraxıldıqlarının
1 ili tamam olan gün (6 aprel 2020) iki MTN generalı - Mövlam
Şıxalıyev və Nizami Şirinov həbs olundular. Həbs görməyən Mahmudovçu
MTN zabiti qalıbmı? Bu həbslər Eldar Mahmudovu təhdid edirmi? İki generalın saxlanılması o deməkdir ki, bu dəstə nəsə hərəkətə keçibmiş. Onların gizli fəaliyyətə başlamaları dövləti bu cür sərt addım atmağa vadar edə bilər.
Türkiyə və Azərbaycan ordularının birgə keçirdikləri hərbi rabitə
təlimlərinin mahiyyəti haqda danışacağıq. Bu təlimlər nədir, hansı perspektiv əməliyyatlara hesablanır?
Rusiya nədən Azərbaycana qarşı bu cür fitnə-fəsad yaradır hər
zaman? Normal əməkdaşlıq edə bilmir? Hər fürsətdə bizi arxadan
xəncərləmək xətti tutur. Bu xislətindən nədən əl çəkə bilmir?
Bunlardan biri də Şuşaya atılmış "İskəndər M" raketidir. Bu barədə Azərbaycan jurnalistlərinin bir qrupu Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət edərək, izahat istəyiblər. Bu hadisənin özü nadir rasr gəlinın nümunədir. Azərbaycan bilmək istəyir: Şuşaya "İskəndər M" haradan atılıb? Yalnız Rusiya ordusunun istifadəsində olan 9M723 nömrəli raketi Şuşaya Ermənistandakı Rusiya hərbi hissəsindənmi atıblar? Bilirsiz ki, Ermənistana verilən "İskəndərlər"in markası "E"dir. "İskəndər-M” Operativ-Taktiki Raketləri isə Rusiya ordusunun arsenalındadır.
Bu və gündəmdəki digər sualları "Canlı debat"da iqtidar-müxalifət debatı formatında müzakirə edirik.