Baxış 367,019
Abone OL: goo.gl/W99fFm
Copyright © ARB Şəki
Sayt: goo.gl/NfKDu5
Facebook: goo.gl/XVhVzG
44 günlük Vətən müharibəsində tarix yazan igidlərimiz artıq geri dönür. Kimisi sağlam, kimisi isə qazi olaraq... İndi təqdim edəcəyimiz qəhrəmanımız da qazidir. Sözün əsl mənasında vətən üçün ürəyini, canını ortaya qoyan bu igidmizə müharibədən bir də yadigar qalıb. Düz ürəyində daşıdığı qəlpə...
Qəbələ sakini, Elçin Səmədov... Dönər sataraq özündən kiçik iki qardaşına baxan Elçinin döyüş yolu Suqovuşan istiqamətində gedən döyüşlərə qatılması ilə başlayıb. Şıxarx istiqamətində gedən şiddətli döyüşlərdə isə ağır yaralanıb. Elçin tezliklə əməliyyat olunacaq. Həkimlər əməliyyatın riskli olduğunu desələr də, Elçinin sağlamlığına qovuşacağına ümid böyükdür. Azərbaycan torpaqlarını geri qaytara bildisə, 30 illik həsrətə son qoyuldusa, bu, ağıllı sərkərdə və güclü əsgər sayəsində mümkün oldu. Elçin kimi onlarla, yüzlərlə gənc qəhrəmanlıq dastanı yazdı, canları, qanları, sağlamlıqları bahasına vətəni azad edib, Azərbaycan xalqına qələbə sevinci yaşatdılar. İndi bizim bu insanlara bir ömür boyu duymalı olduğumuz minnət hissi var. Biz sənə və silahdaşlarına minnətdarıq, Elçin!
#QarabağAzərbaycan #İgidəsgər #ElçinSəmədov