Əli Kərimli: "İlham Əliyev dəri gödəkçə alveri ilə bu qədər pul qazana bilməzdi"

  Baxış 70,573

Meydan TV

Meydan TV

Ay əvvəl

Ölkə başçısı İlham Əliyev ilk dəfə ailə mülkləri haqqında danışıb. O, oktyabrın 7-də İtaliya mətbuatına verdiyi müsahibəsində bildirib ki, prezident olana qədər uğurlu sahibkar olub və ölkə başçısı olduqdan sonra bu biznesini uşaqlarına ötürüb.
Prezidentin ailə üzvlərinə məxsus mülklərlə bağlı sonuncu araşdırma oktyabrın 3-də Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun hazırladığı “Pandora sənədləri”ndə yayımlanıb.
Sənədə əsasən İlham Əliyevin ailə üzvləri ofşor şirkətlər vasitəsilə Böyük Britaniyada təxminən 700 milyon dollarlıq əmlak əldə ediblər.
İlham Əliyev müsahibəsində bildirib ki, “Pandora Sənədləri”ndə çıxan ailə mülkləri haqqında məlumatları oxumasa da, orada yazılanların 5 faizi həqiqətdir.
AXCP sədri Əli Kərimli deyir ki, İlham Əliyev prezidentliyindən öncə milyon manatlıq gəliri olan biznesin sahibi olmayıb.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl İlham Əliyevin müsahibəsini onun qanunu pozduğunun etirafı kimi qəbul edir. Jurnalist deyir ki, Əliyev prezident olmamışdan qabaq deputat idi və qanunla bizneslə məşğul ola bilməzdi.
İlham Əliyev müsahibəsində deyib ki, prezident olandan sonra biznesini uşaqlarına ötürüb. 2003-cü ildə Əliyevin yalnız bir övladı- Leyla Əliyeva yetkinlik yaşına çatmışdı, digər övladlarının 14 və 6 yaşları vardı. Pandora Sənədlərində göstərilir ki, prezident oğlu Heydər Əliyev Londondakı milyonluq mülklərə 11 yaşı olanda sahib olub.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti ilə əlaqə saxlayıb, İlham Əliyevin 2003-cü il prezident seçkilərindən öncə gəlirləri və əmlakı barədə bəyənnamə təqdim edib-etməməsi barədə məlumat almaq istədik. Amma zənglərimizə cavab verən olmadı.
İlham Əliyev müsahibəsində deyib ki, onların bütün biznes fəaliyyəti şəffafdır, beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz.
Milli Şura 2017-ci ildə yayımlanan “Landromat” araşdırmasından sonra ölkədən çıxarılan 3 milyard vəsaitin araşdırlması ilə bağlı Baş Prokuroluğa müraciət etmişdi. Milli Şurada təmsil olunan Əli Kərimli deyir ki, prokuroluq bu işlə bağlı heç bir araşdırma aparmadı. O, deyir ki, Pandora Sənədləri ilə bağlı yenidən prokurorluğa müraciət edəcəklər.
İlham Əliyev bildirib ki, “Pandora sənədləri”-nin yayılmasına səbəb Qərb ölkələrinin 2-ci Qarabağ müharibəsində Azərbaycanın qələbəsini həzm etməmələridir. O, bu araşdırmanı qərbin Azərbaycanı özünə tabe etdirmək cəhdi kimi dəyərləndirib.
“Pandora Sənədləri”ndə 35 indiki və keçmiş dövlət başçısının, eləcə də 300-dən çox məmurun adları keçir. Sənədlər 14 ofşor xidmət təminatçısından sızdırılmış milyonlarla faylın araşdırılmasının nəticəsində ortaya çıxıb.
Kanala abunə ol - goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol cutt.ly/destek

WebSite: www.meydan.tv
Facebook: MeydanTelevision
Twitter: MeydanTV
Google+ plus.google.com/+MeydanTelevi...
İnstagram: meydantv
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

Şərh: 1 198
The Mansour Bahrami Trick Serve 🪄
0:17
HUNGRY DOGS 🥺❤️ #shorts
0:36
John-Marc van Wyk
Baxış 42M
Alparslan Büyük Selçuklu 2. Bölüm
2:42:20
Alparslan: Büyük Selçuklu
Baxış 4,6M
Лео Бокерия. Мифы о сердце: валокордин, холестерин и дистония
52:00
Просто о сложном с Софико Шеварднадзе
Baxış 1M
The Mansour Bahrami Trick Serve 🪄
0:17
HUNGRY DOGS 🥺❤️ #shorts
0:36
John-Marc van Wyk
Baxış 42M
Alparslan Büyük Selçuklu 2. Bölüm
2:42:20
Alparslan: Büyük Selçuklu
Baxış 4,6M
Kardeşlerim 28. Bölüm @atv
2:29:54
KARDEŞLERİM
Baxış 8M
Kürşat Gürel Feat Esra Akaydın - Haram Olasın
3:44
Alparslan Büyük Selçuklu 4. Bölüm
2:12:07
Alparslan: Büyük Selçuklu
Baxış 2,2M