Aktrisa olmaq üçün uşağını tələf etdi -Məşhur olan anası onu iki sevdiyindən də ayırdı

  Baxış 49,411

1000 Production

1000 Production

2 ay əvvəl

Videoda Elnar Abluc Hasan yutub kanalındakı videomaterillardan ( www.youtube.com/watch?v=hVh5F... ) istifadə edilmişdir.
Vəfa Nüsrət qızı Fətullayeva 1945-ci il avqustun 25-də Xalq artisti aktrisa Hökümə Qurbanovanın və rəssam Nüsrət Fətullayevin ailəsində doğulub. Atası Nüsrət Fətullayev Azərbaycan teatr tarixinə ən yaxşı rəssamlardan biri kimi düşüb. Bütün həyatını Milli Dram Teatrında səhnələşdirilmiş əsərlərin tərtibatına həsr edib. Əmisi Fateh Fətullayevi tamaşaçılar “Ögey ana” filmində İsmayılın atası kimi tanıyır. Digər iki əmisi Şəmsəddin və Nurəddin bəstəkar olub.
Sonralar bu faktın həqiqiliyini Zaur öz müsahibələrinin birində təsdiq edir. O, bildirir ki, onların ayrılmasına səbəb məhz Hökümə xanımın qızını aktrisa görmək istəməsi olub: “Mən teatra qarşı deyildim. Çünki anam, əməkdar artist Tutuxanım Həmidova rəqqasə olmuşdu. Ona görə də səhnə adamlarının iş rejimi məni qane etmirdi. Bu səbəbdən də Vəfanın teatrda işləməsinə narazılıq edirdim. Anası da deyirdi ki, mənim davamçım mənim qızım olmalıdır. Mən onunla tanış olandan bir neçə ay sonra bildim ki, o, Hökümə Qurbanovanın qızıdır. Bunu mənə bildirmirdi. Bu hərəkəti məni ona daha da bağladı. Biz evləndik, yaxşı da ailəmiz oldu, amma teatr bizə qalib gəldi. Toyumuzdan bir neçə ay əvvəl anası yenə başladı ki, Vəfa aktrisa olmalıdır, teatra getməlidir. Mən acıq edib onlardan getdim. Bir gün anam zəng vurdu ki, bizə gəl, qonağımız var. Gəldim gördüm ki, Vəfa bacısı Nailə ilə bizə gəlib. Vəfanın boynunda qara kəlağayı vardı. Bacısı dedi ki, Zaur teatr söhbəti daha olmayacaq. Durun, burdan gedin “zaqs” idarəsinə. Ailə qurduq. Bir gün mən Pribaltikaya idman yarışına getdim. Onda Vəfa dörd aylıq hamilə idi. Ordan qayıdanda çoxlu uşaq paltarları da almışdım. Gələndə Vəfa məni qarşılamadı. Gördüm oturub ağlayır. Dedim, nə olub, ağır nə isə qaldırmısan, uşağa nə isə olub. Dedi hə. Ancaq mən sonralar anamın vasitəsi ilə öyrəndim ki, o, Dəmiryol xəstəxanasında usağımızı tələf etdirib. Bundan sonra bizim birgə yaşamağımız mümkünsüz oldu və biz ayrıldıq”.
Vəfa əvvəlcə Teatr İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Rus Dram Teatrının baş rejissoru Məhərrəm Haşımovun kursuna düşür. Vəfanın bir müddət öz xarici görkəmini nəzarətsiz buraxaraq kökəlməsi Məhərrəm Haşımovun diqqətindən yayınmır. Dərslərin birində “Qız, sən yaman kökəlirsən, bunun axırı hara gedəcək?”, - deyir. Yarızarafat-yarıciddi deyilmiş bu sözlər Vəfanın xətrinə dəyir. O hadisədən sonra bir də həmin sinfə girmir. Acıq edərək fakültəsini dəyişib, keçir teatrşünaslığa. Hələ üstəlik, arıqlayır da.
Aktrisalıq fəaliyyəti isə elə institutda oxuyanda başlayır. Akademik Dram Teatrında “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə roluna dəvət alır. Deyilənə görə, Vəfanın aktrisa olması yalnız Hökümə Qurbanovanın arzusu, istəyi idi. Və məhz anasının ciddi təhriki, tələbi ilə Vəfa aktrisa olmağa qərar verib. Amma Vəfa Fətullayevanın əmisi oğlu, rejissor Hafiz Fətullayev bu fikirlə razılaşmır. Deyir ki, Hökümə Qurbanova qızının aktrisa olmasının tərəfdarı olmayıb: “Yoxsa Vəfa elə əvvəldən aktyorluq fakültəsinə girərdi. Amma qızının bu istəyini də xüsusi bir etirazla qarşılamadı. Hökümə xanım heç bir rejissora deməmişdi ki, Vəfaya rol versin. Rejissorlar özləri onu bəyənib rol veriblər. Hətta Əliheydər Ələkbərov “Mahnı dağlarda qaldı” tamaşasında Gülgəz rolunu Vəfaya verəndə şübhələnirdi ki, o, bu rolu oynaya bilər, ya yox. Vəfa da elə gözəl oynadı ki, bu rolu ... Çoxları o tamaşadan sonra dövlət mükafatı aldı, amma nədənsə Vəfaya vermədilər. bəlkə hələ gənc olduğuna görəydi, bilmirəm. Halbuki o almalı idi. Ancaq bir neçə il sonra “İblis” tamaşasındakı Rəna roluna görə, Vəfa Dövlət mükafatına layiq görüldü. Ümumiyyətlə, Vəfa sözə qulaq asan qız idi. Çox mülayim xasiyyəti vardı. Onunla 5 dəqiqə oturub söhbət edəndən sonra bütün əhvalın dəyişirdi. Elə şaqqanaq çəkib gülürdü. Allah onu əsl ev xanımı kimi yaratmışdı. Hansı bir evin xanımı olsaydı, xoşbəxt olardı...”
Vəfa Fətullayevanın ikinci böyük məhəbbəti öz həmkar Fuad Poladov olur. Onlar ilk dəfə “Məhv olmuş gündəliklər” tamaşasında tərəf müqabili kimi eyni səhnəni paylaşırlar. Bir-birlərini böyük məhəbbətlə sevən cütlük ailə qurmurlar. Onların münasibətlərinin ciddiləşməsindəki maneələr bu günə qədər də sir kimi qalır.
Amma deyilənlərə görə bu dəfə də Vəfanı Poladovdan ayıran Hökümə Qurbanova olub.

Şərh: 77
Офелия Абулфазова
Офелия Абулфазова 2 ay əvvəl
Allah rəhmət eləsin Vəfa xanıma,Fuad Poladova .Hər ikisi unudulmaz sənətkardilar!Hökümə xanımin səsindən insan riggətə gəlirdi!Ehhh kimlər gəldi,kimlər getdi bu dünyadan...."Bu dünya pəncərədir,hər gələn baxar gedər".....Məkanları cənnət olsun
Təranə Qəhrəmanova
Təranə Qəhrəmanova Ay əvvəl
"Salam xanımlar evdar xanımlar ikinci iş axtaran xanımlar sizə evdən idarə olunan onlayn iş təklifimiz var işimiz rəsmidi dövlət tərəfindən təsdiqlənmişdir xanımlarla çalışırıq şirkətimiz artan gəlir sistemi ilə işləyir. xanımlar nəyi qaçırdığınızın fərqində deyilsiz .Burda çox böyük imkanlar var
Mina Memmedova
Mina Memmedova Ay əvvəl
Sovet dovrunde en cox tamashalarini izlediyim aktyorlar Vefa xanim ve Fuad bey Poladovu hec vaxt unutmadim.Rol aldiqlari eserleri defelerle tekrar izleyirdim.Dram teatrinda canli tamashalarina tez-tez gederdim,heyf o gunlerden.Cox gozel aktyor nesli yetishmishdi..Allah rehmet elesin Fuad bey Poladova ve Vefa xanim Fetullayevaya..
İsmet Sadayev
İsmet Sadayev 2 ay əvvəl
BEFA SEN COXCOX LAP COX İSTYİRDİM SEN DUNYADAN DOYMADIN MEKANIN CENET OLSUN
Samira Baku
Samira Baku 2 ay əvvəl
Allah rehmet elesin Vefa xanima.Gozel aktrisa idi.🙏
Gence Gence
Gence Gence 2 ay əvvəl
Vəfa xanımı yəni sevmiyən varidimi ki, Mən Atayevlərlər aiıəsi tamaşasına bir becə fəfə baxmışam. Vəfa xamım öz həyatını oynayırdı. Mən Vıfa xamımı cox sevmişəm. Həyat bur qadın idi. Allah rəhmət eləsin. Məkanl cənnət olsun. Yeri behişt olsun.😢😢😢😢💔💔💔💔
Gülbəniz Əlizadə
Gülbəniz Əlizadə Ay əvvəl
Amin
Hürzat Əhmədli
Hürzat Əhmədli 2 ay əvvəl
Vəfa xanım əsl Azərbaycan qızı idi.Mən onun həm özünü,həm də sənətini çox sevirdim.Elə Fuad Poladovu da.Onlar bir-birinə çox yaraşırdılar.
Qarabağ Azərbaycandır
Qarabağ Azərbaycandır 2 ay əvvəl
heyranlıkla onları o qədər izlemişem ki ikisi yanaşı addımlayanda necə gözəl görünürdülər Fuad subay Vəfasa boşanmışdı Evleneceklerini arzulayırdık bir də eşitdik ki Vəfa vəfat edib
İlahə Əhmədova
İlahə Əhmədova 2 ay əvvəl
Bir ana necə qızının ana olmağını xoşbəxt olmağını istəmiyə.Özü istədiri qədər kişilərlə sevğili olur ərə ğefə bilirdi.Ana olmaq dünyaya uşaq ğətirməkdən ibarət deyil.Ana var övladının xoşbəxtliyi üçün nələr eləmir.Heyif Vəfa kimi ğözəl xanıma belə ana qismət oldu.Həm Zaurdan həm Fuaddan ayırdı
Emin Sireliyev
Emin Sireliyev 2 ay əvvəl
Gozel lahiyedir..Ugurlarin bol olsun qardas..Allah Dunyasini deyisen Senetkarlarimizin ruhlarini sad etsin Amin... Sehidlerimiz Cenab Genralimiz Polad Pasamiz,Penceli Teymurov,Murad Mirzeyev,Muhud Orucov,Raquf Orucov ve basqalarinin heyati haqqindada cekilis olsa ,Gozel olardi...onceden Tesekkurler
Rafiga Tahirova
Rafiga Tahirova 2 ay əvvəl
Amma Allah rehmet eylesin Vefa Fetullaueva ile Fuad Poladova bir birilerine cox yarawirdilar.Ikiside Azerbaycan sehnesine yarawiq olublar.
nigar memmedova
nigar memmedova Ay əvvəl
Çox təsirləndim .Eşitdiyimin təsirindən çıxa bilmirəm.İnanın bunu doğurdan deyirəm.ÇOX HEYİF.
Tutu Rahimli
Tutu Rahimli 2 ay əvvəl
Allah mekanin cennet elesin . Ne gozel tamasalar gozel Vefa xanim😪😪
Ayxan A_ov
Ayxan A_ov 2 ay əvvəl
Yaziq qizin heyatini dagiddi Allah heç kime bele imtahan vermesesin
Tahire Abdullayeva
Tahire Abdullayeva 2 ay əvvəl
Allah. rəhmət eləsin! Allah məkanlnl cənnət eləsin!
İlkin Mustafa
İlkin Mustafa 2 ay əvvəl
Allah rəhmət eləsin
Vefa Dadaosova
Vefa Dadaosova 2 ay əvvəl
Lənətə gəlsin qızıların da anallgında insanda öz qızına bu qədər pislik edər Hegemon qadın 😥
Vəfa Ağayeva
Vəfa Ağayeva Ay əvvəl
Uşaq ikən onunla adaş olduğumla qürur duyurdum, adımı ona görə sevdim .İllər keçdi öz yaşadıqlarım onun həyatı adımdan nifrət etdirdi.
Motu Naz
Motu Naz Ay əvvəl
Allah günahlarını bağışlasın 🤲🏻
Nnnnnnn........nnnnnnn
Nnnnnnn........nnnnnnn 2 ay əvvəl
Başlığa gop yazmısız, aktrisa olmaq üçün aldırmayıb axı uşağı 😏 özünüz də dediniz. Məncə başlığı dəyişib daha normal bir söz yazmalısınız. Nəzərə alın ki, dünyadan köçən insan haqda danışırsınız.
Ehet Ehhmedov
Ehet Ehhmedov 29 gün əvvəl
Aktrisa Hökumə xanımın etdiyi günah qızının vaxtsız ölümünün ərizəsi olub, deyəsən.Bizə qız lazım deyil analara da aiddir..
Xuraman Mustafayeva
Xuraman Mustafayeva 2 ay əvvəl
Allah rəhmət eləsin bu bir alin yazisi taleyin işidi
Шахла Фахрадова
Шахла Фахрадова Ay əvvəl
Bilmiram ,yaqin ki oz sanatina o qadar vurgun idi ki, qįzının xòşbaxtliyini onun ancaq aktrisa olmagįnda qòrùrdù....
Raul Rzayev
Raul Rzayev 2 ay əvvəl
Allah rəhmət eləsin
Rafiga Tahirova
Rafiga Tahirova 2 ay əvvəl
Men bawa duwmurem.O nece nevesine qiyib.Ana betninde plan dol onun qanindan canindandi.Allah savadli edebiyyat oxuyan bir insanin bele meneviyyatda olmasi mene catmir.Demeli oxumaq hele insan olmaq deyil
Gunka Alıyeva
Gunka Alıyeva Ay əvvəl
Cox acı talehleri olub 😔😔😔bu ailenin cox sevmişem Vefa xanımı gözel aktrisaydı Allah o dünyaların versin 🙏🙏
Tarana Aslanova
Tarana Aslanova Ay əvvəl
Hökumə həm başqasının, həm də qızının həyatını məhv etdi
Mahira Latifova
Mahira Latifova 2 ay əvvəl
MARAQLI MƏLUMAT ÜÇÜN ÇOOOX SAĞ OLUN. VAR OLUN.
Qarabağ Azərbaycandır
Qarabağ Azərbaycandır 2 ay əvvəl
Bəxti qara gəlmiş Vəfa xanım Fətullayeva.Anası Hökümə Qurbanova necə qəddar ana olub.Qızının həyatı oyuncaq edib xoşbəxt olmağa qoymayıb.Allah rəhmət eləsin
Iftixar Nerimanov
Iftixar Nerimanov 29 gün əvvəl
@Qarabağ Azərbaycandır Ok Ok I'm
Qarabağ Azərbaycandır
Qarabağ Azərbaycandır Ay əvvəl
@Sebine Eliyarova Necə Səbinə xanım başa düşmədim sizi?Ananız xoşbəxt olmayıb ,yoxsa sizin xoşbəxtliyinizə mane olan olub?
Sebine Eliyarova
Sebine Eliyarova Ay əvvəl
MENIM OZ ANAMDA ONLARIN ICINDE OLMAQ SERTI ILE!
Sebine Eliyarova
Sebine Eliyarova Ay əvvəl
INSALLAH QURBAN OLDUGUM UCA REBBIM SEREFSIZ ANALARA LENET ETSIN!
Samira Baku
Samira Baku 2 ay əvvəl
Beli.Anasi bedbaxt olmaginin sebebi oldu.
Mehrab Şamaxılı
Mehrab Şamaxılı 2 ay əvvəl
Salam bu gün dəyərli sənətkarımız Rəhim Rəhimlini gecə saat 3 də itirdik Rəhim Rəhimli haqqında məlumat hazırlaya bilərsiniz
Deniz Eliyeva
Deniz Eliyeva 2 ay əvvəl
Deyirler pis valideyn omur.Yalandir vallah olur.O qeder pis analar pis atalar var ki.
Sevda Qurbanova
Sevda Qurbanova Ay əvvəl
Ancaq men telebe olanda onlarla uzbeuz yawayirdim. Fuad Poladov her axwam onlara gelirdi, onun geliwini balkondan baxaraq gozleyirdi Vafa xanim. Deyidiler ki, Fuadin anasi razi deyil bu evliliye. Vafanin evvel evli oldugu ucun
Gülbəniz Əlizadə
Gülbəniz Əlizadə Ay əvvəl
Beli o vaxti hec mumkun olan idimi hansi ana subay oglunun boşanmiş qadinla evlenmesine razi olardiki.Vefa 3yaß Fuad Poladivdan boyuk olub hem.Gunahisa anasi Hokume xanima atirlar
Vafa F.
Vafa F. 2 ay əvvəl
Allah rəhmət eləsin Vəfa xanıma.
Карадо Карадо
Карадо Карадо 2 ay əvvəl
Allah rehmet etsin Vefa xanima aparci oglan Hokme xanimin yegane ovladi deyib sonrasa Bacisi Naile deyir.Bunu nece bawa duwek..
Gülbəniz Əlizadə
Gülbəniz Əlizadə Ay əvvəl
@Карадо Карадо Aleykum salam.Siz de sagolun.
Карадо Карадо
Карадо Карадо Ay əvvəl
@Gülbəniz Əlizadə Salam bildim cok sag olun.🙏
Gülbəniz Əlizadə
Gülbəniz Əlizadə Ay əvvəl
Hokume Qurbanova iki defe aile qurub.Naile adli qizi aktyor Ələsgər Ələkbərovdan.Vefa rehmetlik isə teatr ressami Nusret Fetullayevden olan qizidir.Allah gozel Vefamiza ve validenlerine rehmet elesin.
Ulvi Qedirli
Ulvi Qedirli 2 ay əvvəl
Gələn həftə də Rəhim Rəhimli olar
1000 Production
1000 Production 2 ay əvvəl
Mütləq
Sevil Ismayilova
Sevil Ismayilova Ay əvvəl
Meni ona oxşadirdilar gencliyimde, bextimde ona oxşadi😢
Gülbəniz Əlizadə
Gülbəniz Əlizadə Ay əvvəl
😞😓
Sara Orucova
Sara Orucova 2 ay əvvəl
Çox sağ ol ay Muğlan balam maraqli məlumatlar üçün.
YEGANA AHMEDOVA
YEGANA AHMEDOVA 2 ay əvvəl
😪😪🙏
халил
халил 2 ay əvvəl
Sərdar Amini cox sevirəm yaxşı aparıcıdır
Furuze
Furuze 2 ay əvvəl
Yaxwi iw gorubki ..?ele ana olmaz .dogru iw gormeyib .
Zeyneb Hesenova
Zeyneb Hesenova 2 ay əvvəl
Kim yaxşı iş görüb ? Kim dogru iş görməyib?
Serıye Quliyeva
Serıye Quliyeva 2 ay əvvəl
Çox sevirdim vefa xanımı anası çox sef edib evladını bedbext edib
Gülbəniz Əlizadə
Gülbəniz Əlizadə Ay əvvəl
@Seadet Sefereliyeva Salam.Mezarin ziyaret etsek ruhun sevindirerik.Cunku òvladi olmayib amma biz sevenleri var.
Eyyub Abdullaev
Eyyub Abdullaev Ay əvvəl
@Seadet Sefereliyeva ХАНЫМ МЕНИМ ДЕ ХЕЛЕ ДЕ ЯДЫМДАДЫР О ШЕКИЛ 🙏🙏🙏
Seadet Sefereliyeva
Seadet Sefereliyeva Ay əvvəl
Vəfa Fətullayeva sevdiyim aktrisalar arasinda birincidir,əvəzolunmazdir.Bir dəfə bir jurnalin uz qabiginda onun şəkli verilmişdi. Mən indi də onun vurğunuyam.O səkli hələ də arxivimdə saxlayiram.Arada ona baxır,heyranlığimi bildirirəm."Axı sən niyə belə tez getdin,sevdiklərini qəmgin etdin?" "Goz həkimi"ndəki Vəfanin rolunu unutmaq olarmı? Vəfa sən mənim qəlbimdəsən,Səni öluncə unutmaram. Sənin vurgunun:70 yaslı bir kecmis müəllimə.
Rza Huseyn Kazimov
Rza Huseyn Kazimov Ay əvvəl
Melumat birwz zeifdi .zaur beyin musahibesinde qulaq asmiwam.vefa xanimin uwaqinin telefi sebebdi bu ayriliqs
Ruhiyye Orucova
Ruhiyye Orucova 21 gün əvvəl
🥀🥀
Govhar Cafarova
Govhar Cafarova Ay əvvəl
😢😢😔😔😢😢
Ulker Abbasova
Ulker Abbasova Ay əvvəl
Чох севдияим данышыг
Ulker Abbasova
Ulker Abbasova Ay əvvəl
Бу тамашаяа нече дефе бахмышам хеяиф бу актирасадан аллах рехмет еялесин
Aygun Memmedova
Aygun Memmedova 2 ay əvvəl
Vəfanın ilk rolu"Küləklər"tamaşasında Alagöz rolu olub.Həmin tamaşada Fuad Əlibala rolunu oynayıb.
Aygun Memmedova
Aygun Memmedova 2 ay əvvəl
@Vusal Elibeyli "Məhv olmuş gündəliklər" "Küləklər" tamaşasından sonra səhnələşdirilib."Məhv olmuş gündəliklər"də kimin hansı rolu ifa etdiyinidə bilirəm.Şəfiqə Məmmədova - Anjel,Səməndər Rzayev-Qənimət,Kamal Xudaverdiyev -Ədalət,Ətayə Əliyeva və Ofelya Məmmədzadə/dublyor/-Fəridənin anası.Orda sözsüz bir rol da vardı,Ədaləti şantaj edən,onu Qabil Quliyev oynayırdı.
Vusal Elibeyli
Vusal Elibeyli 2 ay əvvəl
İlk rolu "Məhv olmuş gündəlik"lər tamaşasında Fəridə obrazı olub.F.Poladov Savalan obrazında.
SerdArt
SerdArt 2 ay əvvəl
*******
Ширин Ага-заде
Ширин Ага-заде Ay əvvəl
Ана вэ бала ашыг олмушты она
Кечибей
Кечибей 12 gün əvvəl
Совет вахти еле хадиселер олубки индикилере шукур.Ана танийирдим оглуну севдийи гизла евленмесине ичазе вермемишди.Оглуда озуне гесд етмишди ахирда ана тек галмишди..дехшетди
Ferid İsmayılzade
Ferid İsmayılzade 2 ay əvvəl
Salam.Hər dəfə VƏFA xanım haqqında , verlişlərə qulaq asanda, çox duyğulanıram.VƏFA xanımı o, qədər çox sevirdim ki, oynadığı tamaşalara, tele seriallara dəfələrlə baxmışam və indidə baxıram. Elə gözəl qadının , xoşbəxtsiz taleyi.ALLAH rəhmət eyləsin.🤲😪
Emeliya Mammadova
Emeliya Mammadova Ay əvvəl
Allah rəhmət eləsin gözəl aktrisa idi
əli əliyev
əli əliyev Ay əvvəl
Ok
Heyat Isgenderli
Heyat Isgenderli 2 ay əvvəl
anası cox hokmiran olub adı kimi balasınıda bedbext edib
X Rustemova
X Rustemova Ay əvvəl
ДЕМЕЛИ ВЕФАНЫН АНАСЫ ВЕ ПОЛАД О МЕСЕЛЕ.
Sabina Ali
Sabina Ali Ay əvvəl
Hansisa verilisde esitmisem ki Hokume Qurbanova Fuadi isteyirmis onuncun Vefani qoymayib,ola bilər,çünki pozqun qadın imiş,Qunduz Abbasovu bosatdirib özü qedib,Lənət olsun
Ширин Ага-заде
Ширин Ага-заде Ay əvvəl
Ана вэ бала ашыг олмушты она
Yalnız Kurt 26. Bölüm @atv
2:16:38
Yalnız Kurt
Baxış 1,1M
Zeyneb Heseni - Canim 2022 (Yeni Klip)
3:00
Zeynəb Həsəni
Baxış 379K
Göz Önündə 2.Bölüm - Zirəddin Rzayev (Tam Versiya)
44:39
Yalnız Kurt 26. Bölüm @atv
2:16:38
Yalnız Kurt
Baxış 1,1M