Siyavuş Novruzov: “Bu gün miqrant və insan alverinin başında Əli Kərimli dayanıb”

  Baxış 1,468

APA TV

APA TV

14 gün əvvəl

Bu gün Milli Məclisin növbəti plenar iclası keçirilib. APA TV-nin xəbərinə görə, gündəliyə 19 məsələ daxil edilib.
İclasda İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirəyə çıxarılıb. İllik məlumatı Milli Koordinator, Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov təqdim edib. O bildirib ki, həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində 186 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlər etmiş 36 cinayət qeydə alınıb, 10 nəfərdən ibarət cinayətkar qrup zərərsizləşdirilib: “İnsan alveri və məcburi əmək cinayətlərinə görə başlanmış cinayət işlərindən 27-nin istintaqı yekunlaşıb, 27 təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib, 42 insan alverçisi barədə ittihamedici hökmlər çıxarılıb. Müəyyən edilən 91 insan alveri qurbanından 89 nəfəri Azərbaycan vətəndaşı, 2 nəfər isə əcnəbidir. Qurbanlardan 54 nəfəri istismar məqsədilə Türkiyə Respublikasına, 16 nəfəri Qətər dövlətinə, 8 nəfəri İran İslam Respublikasına, 5 nəfər Rusiya Federasiyasına, 5 nəfər Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 nəfər isə Azərbaycanda istismara məruz qalıb”.
Milli Koordinatorun illik məlumatının müzakirəsi zamanı deputat Siyavuş Novruzov bildirib ki, bu gün miqrant və insan alverinin başında Əli Kərimli dayanıb: “Bu gün insan alveri ilə təkcə cinayətkar qruplar deyil, siyasi partiyalar da məşğuldur. İnsan alverinin başında duranlardan biri də Əli Kərimlidir. İnsan alveri təkcə hansısa təcavüz, cinsi istismar olunması deyil, həm də miqrant alveridir. Məsələn, Əli Kərimli saxta sənədlərlə Azərbaycan vətəndaşlarını Avropaya satır. Bunlar təkcə qadınları deyil, miqrant adı altında kişiləri də Avropaya satır. Siyasi partiyalarda olan bəzi ünsürlər günahı bir-birinin üzərinə atır. Milli Koordinatorun gələcək hesabatlarında bunlar da öz yerini almalıdır. Azərbaycan xalqı digər insan alverçiləri ilə yanaşı, miqrant alveri ilə məşğul olanları da tanımalıdır”.
Deputat Qənirə Paşayeva isə çıxışında bildirib ki, insan alveri ilə bağlı hazırlanan sosial çarxlarda baxış sayı çox aşağıdır: “DİN televiziyalarda bu çarxların yayımı üçün danışıqlar aparırmı? Çünki internetdə bu çarxlara baxış sayı 800-ü keçmir. Digər tərəfdən, axtarışda olan şəxslər niyə indiyə kimi saxlanılmayıb? Bu şəxslər Azərbaycan hüdudlarından kənara çıxırlarmı?”
Milli Məclis sədrinin müavini Adil Əliyev təəssüflə qeyd edib ki, bu gün yetkinlik yaşına çatmayanlar da insan alverinin qurbanına çevrilir: “Son günlər 4 yeniyetmə qızın digərini döyməsi ilə bağlı videolar sosial şəbəkələrdə yayılır. İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin “qaynar xətti”nin ictimaiyyətə təqdim edilməsi üçün işlər görülməlidir. Çünki bu “qaynar xətt” əhali arasında kifayət qədər tanınmır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla insan alveri qurbanlarının işə cəlb edilməsi də zəruridir”.
Deputat Fazil Mustafa isə təklif edib ki, dilənçilər üçün sığınacaq yaradılsın və gündə 3 dəfə onlara dövlət hesabına yemək verilsin. Onun fikrincə, dilənçilikdən imtina edənləri bu sığınacaqdan buraxmaq lazımdır. Yalnız bu yolla onları küçədən yığışdırmaq və islah etmək mümkündür.
Deputat Qüdrət Həsənquliyev isə “Reklam haqqında” qanunun icra olunmamasından narazılığını bildirib: “Cinsi istismara məruz qalan qızların bu yola necə düşdüyünü araşdırsanız, məlum olacaq ki, onlar məktəb yaşlarında alkoqollu içkiyə meyl etmiş, siqaret çəkmiş yeniyetmələrdir. Məktəblərin yanında alkoqollu içkilərin və tütün məmulatlarının reklamı və satışı gedir. Bu məsələlərə nəzarət artırılmalıdır”.
Deputat Fəzail Ağamalı isə bildirib ki, Ermənistanın ölkəmizə təcavüzü nəticəsində minlərlə həmvətənimiz əsir götürülüb. Bu insanların insan alveri qurbanı kimi qeydiyyata düşməsi üçün kifayət qədər əsas var. Həmçinin Əfqanıstanda və Yaxın Şərqdə gedən müharibələrdə iştirak edən azərbaycanlı ailələr də insan alveri qurbanları kimi götürülməlidir.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Siyavuş Novruzov: “Bu gün miqrant və insan alverinin başında Əli Kərimli dayanıb”
Video Link: azshow.info/watch/lsJfebrndNg/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Kamal Muradovv
Kamal Muradovv 4 gün əvvəl
Hansi insan alverinden danisirsiz?bu karona virus vaxti her yer baglidi.sumqayitda butun fahisexanalar exlaqsizliq yuvalari isleyir.insan alveri idaresi hara baxir?gormur?
Murad Alcanov
Murad Alcanov 11 gün əvvəl
Birqzdan deyeceylerki eli kerimli şeytanin ozudu besdi a az ser atin
Иван Исмаилов
Иван Исмаилов 11 gün əvvəl
Кедин сик дир рин
Xalq Vətən
Xalq Vətən 13 gün əvvəl
Yenə başladı bu səyaquş?Bəsdir səninki niyə yaıandan şər böhtan atırsan? Vicdanını unutmusan heç olmasa Allahını unutma.
Natiq _____
Natiq _____ 13 gün əvvəl
E leyqetiniz olsun nefitin pulun qaytarin xalqa men bir vetandaw kimi haqqimi istiyirem 400 milyard pul gelib nefitden 27 ile hani o pullar
Kuzey Yıldızı İlk Aşk 28. Bölüm Fragman
0:59
Kuzey Yıldızı İlk Aşk
Baxış 1,9M
Komedixanım (1-ci Bölüm) 17.05.2020
43:55
Kuruluş Osman 22. Bölüm
2:13:53
Uzeyir Mehdizade - Hemin İnsanam (Yeni  2020) Video
3:33
Uzeyir Mehdizade Official
Baxış 1,6M