Fazil Mustafa: “Karantindən əvvəl Naxçıvana elçiliyə gedənlər hələ də Bakıya qayıda bilməyiblər”

  Baxış 3,026

APA TV

APA TV

12 gün əvvəl

"Erməni mətbuatında Azərbaycan Xalq Cümhuriyyətinin banisi Paşinyanın babası ilə müqayisə olunur. İttiham belə qoyulur ki, mənim babam faşizmə xidmət edibsə, sizin də baniniz faşistlərlə əməkdaşlıq edib”.
APA TV-nin xəbərinə görə, bunu Milli Məclisin gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.
O, Nikol Paşinyanın son açıqlamalarını sayıqlama adlandırıb: “Paşinyan Azərbaycan Prezidenti tərəfindən siyasi zərbə alıb. Rəsulzadə Azərbaycan dövlətinin yaradıcılarından biridir. Bəs baba Paşinyan kimdir? Faşistlərə əsir düşəndən sonra faşizmə qulluq edən kommunistdir! Paşinyanın babası 1943-cü ildə imdad diləyib və uğursuz nəticə əldə edib. Rəsulzadə ilə Paşinyanın babası müqayisə edilə bilməz”.
Deputat Qənirə Paşayeva isə deyib ki, Nikol Paşinyanın babasının faşistlərlə əməkdaşlığının faktlarla üzə çıxmasından sonra ermənilər Azərbaycan tarixinə qarşı hücumları artırıblar: “Biz buna qarşı da mübarizəmizi artırmalıyıq. Ermənilərin faşistlərə müsbət münasibəti Qaregin Njdeyə qoyulan heykəllə, Paşinyanın babası ilə bağlı çıxan sənədlərlə bir daha təsdiq olundu. Cümhuriyyət tariximizə qarşı ermənilərin hücumlarına diaspor tərəfindən yüksək səviyyədə cavab verilməlidir. Bizim Cümhuriyyət qurucularımızın çoxu da ermənilər tərəfindən qətlə yetirilib”.
Siyavuş Novruzov isə çıxışında diqqətləri Milli Şuranın son toplantısına yönəldib: “Milli Şuranın qapalı keçirildiyi deyilən iclasında Qənimət Zahidin dəfələrlə “Canlı yayım gedir” ifadəsinə baxmayaraq, Azərbaycan hökumətinin kibercinayətkarlıqla məşğul olması ilə bağlı iddiaların cəmiyyətdə yayılması qəbuledilməzdir. Bir türk serialı Əli Kərimlinin sərsəmləməsindən daha səmərəlidir”.
Koronavirus pandemiyası ilə bağlı Naxçıvana gediş-gəlişdə ciddi problemlər yarandığını deyən deputat Fazil Mustafa isə bildirib ki, karantin rejimindən əvvəl Naxçıvandan Bakıya və ya əks istiqamətə gedən vətəndaşlar evlərinə qayıda bilmirlər. Bu da əhali arasında narazılıqlara səbəb olur: “Bu gün pis vəziyyətdə qalan insanlar var. Adamlar var ki, 6-7 nəfər ora elçiliyə gediblər, amma hələ də geri qayıda bilməyiblər. Elçilik etdiyi ev yiyəsinin evində qalmağa məcbur olublar. Adamlar var ki, anası ya atası rəhmətə gedib, ona baş çəkə bilməyib. Ona görə təklif edirəm ki, təcili şəkildə 3-4 gün ərzində Naxçıvana gediş-gəliş təmin olunsun. Bir neçə gündən sonra təyyarə reyslərinin sayı azaldılsın. Naxçıvanla əlaqələrin tamamilə kəsilməsi gələcəkdə ciddi problemə çevrilə bilər”.
Deputat Elman Nəsirov qeyd edib ki, ABŞ-da əyləşib anti-Azərbaycan fəaliyyəti göstərən sapı bizdən olan baltalar var. “Ancaq ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentini Müstəqillik günü münasibətilə təbrik etdi. Təbrik məktubunda ilk cümlə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı idi. Azərbaycanda gedən islahatlar kursu okeanın o tayında da diqqətlə izlənilir. Donald Trampın məktubunda da bu ifadələrə yer verilməsi təsadüfi deyil” - deyə deputat Elman Nəsirov bildirib.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Fazil Mustafa: “Karantindən əvvəl Naxçıvana elçiliyə gedənlər hələ də Bakıya qayıda bilməyiblər”
Video Link: azshow.info/watch/xEjocJY0xo4/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
шахин мамедов
шахин мамедов 9 gün əvvəl
Azərbaycan hökumətin iwi gucu nedi ki goren soxum iwinize sizin.Goren dunen bular wuwada gedən and içməyə baxıblarmi
Veten oğlu _02
Veten oğlu _02 11 gün əvvəl
Toylara icaze verilməlidir.infi camahatsız vazğalsız.toysuz ere gedecek..buna çare olunmalıdır.eləsinin bir evladı var. Toyunu görenmiyecek
Serxan Hesenli
Serxan Hesenli 11 gün əvvəl
Fazil muellim sizden xaiş edirik bakl naxclvanl hava yolunu acln alemize qovşax inşallah
romeo romeo
romeo romeo 11 gün əvvəl
öz qohumlarıdı yaxşı bilirler
Ada Ada
Ada Ada 11 gün əvvəl
Bu urod paşaxiyar deyəcəkdə əmr verin gedey irəvanımızda qaytaraq soxsun içinı yoxsa burda oturub boş boş danışmaqa bir şey vermirlər. Savaş hər şeyi həll edir yoxsa gerisi boş boğazlıqdı.
Serxan Hesenli
Serxan Hesenli 11 gün əvvəl
Holar tezdeşdirin 3 aydl ovladml gormurem yasa gedibler naxclvana qallblar orda xaiş edirk fazil bey
Мухаммед Расулов
Мухаммед Расулов 12 gün əvvəl
Elçilik nedri ! Ana öz oğlunun yasına gelib,aeroportdan birbaşa karantine!!!!! Ne meyyitin defninde ola bilibler,nede yasında.Helede qalıblar Bakıda.
Komedixana 32-ci Bölüm      23.05.2020
52:01
Kəndinə gəl - telekomediya
1:12:11
İCTİMAİ TV
Baxış 608K
"Buğlama" #62 (16.05.2020)
51:04
İlk Media
Baxış 433K
Hurvivor (46.Bölüm) - Çok Güzel Hareketler 2
18:31
Çok Güzel Hareketler
Baxış 10M
"Buğlama" #64 Yeni (30.05.2020)
52:06
İlk Media
Baxış 144K
Babanın Oğlu Kemal ve Kuşları
12:55
Zarafat+ #9 SMARTFON HƏDİYYƏ
36:21
VideoZavr
Baxış 391K
"Buğlama" #63 Yeni (23.05.2020)
49:05
İlk Media
Baxış 400K
Komedixana 33-cü Bölüm      30.05.2020
51:40
Şuşa 28 Yıldır İşgal Altında
5:44