Sonuncu kursda təhsil alan tələbələr dövlət imtahanı vermədən diplom alacaqlar

  Baxış 3,089

APA TV

APA TV

2 ay əvvəl

Bakalavriat səviyyəsində tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalardan) müvəffəqiyyətlə keçmiş tələbələr təhsil müddətində əldə etdikləri nəticələrə uyğun olaraq yekun attestasiyadan keçmiş hesab olunurlar.
APA TV xəbər verir ki, bununla bağlı məlumat Baş Nazir Əli Əsədovun imzaladığı “Koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə” qərarda öz əksini tapıb.
Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsində sektor müdiri Yaşar Ömərli bununla bağlı açıqlama verib. O bildirib ki, sonuncu kursda təhsil alan və heç bir akademik borcu olmayan tələbə imtahandan keçmiş hesab olunacaq: “Buraxılış kursunda, sonuncu kursda təhsil alan tələbənin heç bir fəndən akademik borcu yəni, kəsir yoxdursa, bütün fənlərdən kreditləri qazanıbsa, o halda o yekun attestasiyadan da keçmiş hesab olunacaq”.
Yaşar Ömərli həmçinin qeyd edib ki, əgər tələbə yekun qiymətdən narazı olarsa onun üçün imtahanda və ya müdafiədə iştirak etməyə şərait yaradılacaq: “Tələbənin təbii ki, istəyi nəzərə alınacaq. Dövlət imtahanının nəticəsi olaraq ona verilən ümumi orta müvəffəqiyyət göstəricisindən narazıdırsa o halda həmən tələbəyə dövlət imtahanı vermək imkanı yaradılmalıdır və yaradılacaq. Bu məsələ buraxılış işinin müdafiəsi ilə də bağlıdır. Həmin göstərici tələbəni qane etmirsə o halda tələbə həmin tələbə buraxılış işinin müdafiəsində də iştirak edə bilər”.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə imtahanlar onlayn şəkildə olacaq. Belə ki, tələbələr öncədən təyin edilmiş vaxtlarda sistemə daxil olaraq şifahi şəkildə imtahan verəcəklər. “İmtahan bir gün ərzində başlayıb həmin gün ərzində də bitməlidir. Saat 9-da imtahan başlayır. Jurnal siyahısı ilə birinci altı tələbə imtahana qoşulacaq. Amma şərt qoymuşuq ki, imtahana qoşulan tələbə kameralı qurğu vasitəsi ilə qoşulmalıdır. Onlara 20 dəqiqə vaxt veriləcək. Hazır olan dəvət olunur. Müəllimlə dialoqdan sonra tələbənin qiyməti müəyyən edilir”.
Prorektor onu da qeyd etdi ki, qiymətindən narazı tələbə apellyasiyaya müraciət edə bilər. Digər yenilik isə tələbənin topladığı balla bağlıdır. Belə ki, tələbə əvvəllər 5 suala görə maksimum 50 balla qiymətləndirilirdisə, indi bu qiyməti 70 bal əvəz edir. Üzrlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr isə növbəti dərs mövsümündə imtahanı verə bilər: “Onlayn imtahana qoşula bilmirlərsə biz onlar üçün sentyabrın ilk 20-ci günündə imtahan təşkil edəcəyik. Özü də əvvəllər belə hal olanda tələbə 25 faiz ödəniş etməklə imtahana qoşula bilirdisə bu dəfə biz onları ödənişdən azad edəcəyik.
Qeyd edək ki, universitetdə imtahanlar iyunun 4-dən iyul ayının 10-a kimi davam edəcək. Sonuncu kursda təhsil alan tələbələr isə dövlət imtahanından və diplom müdafiəsindən azad ediləcək.

Rəsmi saytımız
www.apa.tv
APA TV onlayn xəbər agentliyinin rəsmi AZshow kanalı
azshow.info
Facebook səhifəmiz
tvapaxeber
İnstagram səhifəmiz
apatvresmi
Twitter səhifəmiz
APATVRESMI

Video Adı: Sonuncu kursda təhsil alan tələbələr dövlət imtahanı vermədən diplom alacaqlar
Video Link: azshow.info/watch/yt9Sh9pD7t0/video.html
apa apa tv apa az apa xeber apa son xeber xeberler son xeberler xeberler 2020 son xeberler 2020 son xeberler bugun 2020 yeni xeberler 2020 en son xeberler 2020 sosial hadise televiziya bakı baki baku azərbaycan azerbaycan azerbaijan xeberler xebersiz xeberin varmi xeberler 2020 xeber var xeber az xeber movqeyi xeberler 2020 xeberler bugun xeberler yeni xeberler son deqiqe xeberler 2020

#apatv #apaxeber #apasonxeber #xeberler #sonxeberler

Şərh
Heyrati Döyüşleri
Heyrati Döyüşleri 25 gün əvvəl
Doblet imtahani oktyabra qalan telebeler oktyabrda dovlet imtahani teskil olunacaq?
ABS 123
ABS 123 Ay əvvəl
Bu qanun quvveye mindi.amma bu qanunu pozanlar var.kurs iwi isdediler teqdim etdim.menim qiymetim yazilmayib soruwuram deyiravqusda baxacagam qiymeti yazim yoxsa saxliyim seni.bawa saliram siz 4 il pullu akademyada imtahanlardan kecmiw bir telebeden ne isteyirsiz.xaiw edirem yeniden cixin tv vasitesiyle o melimlere sozunuzu deyin.
ABS 123
ABS 123 2 ay əvvəl
Ay sizi wad xeber olasiz.allah komeyiniz olsun.yoxsa bir qepiyim yox idi olarin agzina atmaga.
mehemmed mireliyev
mehemmed mireliyev 2 ay əvvəl
Kecen il dovlet imtahanindan kesilibse bu il dovlet imtahanindan azaddirmi. Sessiyalardan kecib. Yalniz dovlet imtahanindan kesilib
Elnare Abdullayeva
Elnare Abdullayeva 2 ay əvvəl
Kesleride baglasinlarda bir kesre gore gelen ile qalmazdim😣😣
Parvana Qasimova
Parvana Qasimova 2 ay əvvəl
bes kolleclerin 1 ci kurslari ?
Parvana Qasimova
Parvana Qasimova 2 ay əvvəl
hele bilinmir bize hec bir melumat verilmiyib
ELVIN Kerimov
ELVIN Kerimov 2 ay əvvəl
@BAY SINIRSIZ salam deqiq ele olacaq qerar qebul olunub?
BAY SINIRSIZ
BAY SINIRSIZ 2 ay əvvəl
onlar da ilk yarimildeki qiymetlerle bitirecekler
Əliyev Reşid
Əliyev Reşid 2 ay əvvəl
Axirki bir sevindirici xeber aldq
Əliyev Reşid
Əliyev Reşid 2 ay əvvəl
Təbiyiki yalan olmasa